RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya Silahlı Qüvvələri sutka ərzində 6 km irəliləyiblər

Sputnik
BAKI, 22 mart — Sputnik. Rusiya Silahlı Qüvvələri sutka ərzində Ukraynanın 137 hərbi obyektini məhv ediblər. Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
"Rusiya Silahlı Qüvvələrinin bölmələri hücumu inkişaf etdirərək daha 6 kilometr irəliləyərək Urojaynoye yaşayış məntəqəsini ələ keçirib. Hazırda Ukrayna Silahlı Qüvvələrinin 128-ci Əlahiddə Dağ Hücum Briqadasının bölmələri ilə vuruşurlar", - deyə rusiyalı general vurğulayıb.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü hava hücumundan müdafiə sistemlərinin son sutka ərzində biri "Bayraktar" olmaqla, 14 Ukrayna pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb: "Rusiyanın hava hücumundan müdafiə sistemləri havada Ukraynaya məxsus 14 pilotsuz uçuş aparatını, o cümlədən bir Bayraktar TB-2-ni vurub".
O əlavə edib ki, "gecə ovçuları" qrupu - Ka-52 və Mi-28N helikopterləri gecə zərbələri zamanı Ukraynanın doqquz tankını, yeddi piyada döyüş maşını və zirehli transportyorunu məhv edib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi yeddi gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya MN: Ukraynada hava hücumu vasitələrinin saxlandığı yeraltı anbarlar məhv edilib