BAKI, 22 mart — Sputnik. Həddin artıq çəkili insanlar orta miqdarda xurma və mandarin yeməlidirlər. Bu barədə Tibb elmləri dosktoru, həkim-diyetoloq Mixail Ginzburq deyib.
"Xurma və mandarinin tərkibində çox miqdarda şəkər var. Həddindən artıq çəki və şəkər diabeti zamanı, xüsusilə ikinci növ diabet xəstələr mandarindən sui-istifadə etmələri arzuolunmazdır", - deyə Qinzburq "Moskva" şəhər xəbərləri agentliyinə bildirib.
Diyetoloq həmçinin mədə-bağırsaq problemi olan insanlara mandarindən istifadə edərkən fərdi dözümsüzlüyə diqqət yetirməyi məsləhət görüb.
Əgər sitrus meyvələri yedikdən sonra mədədə ağrılar yaranarsa, o halda mandarindən imtina etmək və ya onu yeməkdən sonra istifadə etmək lazımdır. Ancaq selikli qişanın sağalması zamanı mandarinlər hətta məsləhətlidir, çünki onlar selikli qişanın regenerasiyanı stimullaşdırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.