BAKI, 21 mart - Sputnik. Rusiyada məhkəmə "Facebook" və "Instagram" sosial şəbəkələrini ekstremizmi yaydıqlarına görə qadağan edib.
Bu barədə RİA Novosti məlumat yayıb.
"Meta"dan etiraz: Rusiya hakimiyyətinin Facebook-u qadağan etmək hüququ yoxdur
Amerikaya məxsus "Meta" korporasiyası (Facebook) hesab edir ki, Rusiya hakimiyyətinin ölkədə nun ofəaliyyətini qadağan etmək hüququ yoxdur.
"Meta" Tver məhkəməsindən şirkətin fəaliyyətinə qadağa qoyulması ilə bağlı Rusiya Federasiyası Baş Prokurorluğunun müraciətinə baxmağı dayandırmağı xahiş edib.
"Meta" Tver məhkəməsindən şirkətin fəaliyyətinə qadağa qoyulması ilə bağlı Rusiya Federasiyası Baş Prokurorluğunun müraciətinə baxmağı dayandırmağı xahiş edib.
Bu məsələnin guya Rusiya məhkəmələrinin səlahiyyətinə aid olmadığı əsas olaraq göstərib.
"Meta Rusiyada nümayəndəliyi olmayan xarici hüquqi şirkətdir. Bu əsasla sizdən bu iş üzrə icraatı dayandırmağınızı xahiş edirik", - şirkətin vəkilinin müraciətində deyilir.
Rusiya XİN başçısının müavini Sergey Ryabkov martın 12-də bəyan edib ki, Rusiya “Meta” şırkətinə qarşı cinayət işinin açılması ilə bağlı ölkədəki ABŞ səfirliyinə nota təqdim edib.
Məsələ Facebook və Instagram sosial şəbəkələrində yerləşdirilən rusiyalılara qarşı zorakılığa çağırışlarla bağlıdır. Cinayət işi ekstremist fəaliyyətinə çağırışlar və terrorçuluq fəaliyyətinə dəstək maddələri ilə açılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.