MƏDƏNİYYƏT

“Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək mahnı seçilib

Nadir Rüstəmli bildirib ki, "Avroviziya-2022” beynəlxalq yarışmasında "Fade to black” mahnısını ifa edəcək.
Sputnik
BAKI, 21 mart - Sputnik. “Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək mahnı seçilib.
Bu barədə məlumatı jurnalistlərə ölkəmizi həmin mahnı müsabiqəsində təmsil edəcək Nadir Rüstəmli verib.
O, bildirib ki, "Avroviziya-2022” beynəlxalq yarışmasında "Fade to black” mahnısını ifa edəcək. İfaçı sosial şəbəkə hesabında mahnıdan bir parça da paylaşıb.
Mahnı müsabiqəsi mayın 10-dan 14-dək İtaliyanın Turin şəhərində keçiriləcək. Bu il layihənin aparıcıları Laura Pauzini, Alessandro Kattelan və Mika olacaqlar.
Builki mahnı müsabiqəsinin devizi səs dalğalarının vizual nümayişi əsasında kimatika üslubunda hazırlanmış "The Sound of Beauty" ("Gözəlliyin səsi") ifadəsidir.
Bu il "Avroviziya"da 41 ölkənin təmsiliçisi iştirak edəcək. Azərbaycan təmsil edəcək Nadir Rüstəmli ikinci yarımfinalın birinci hissəsində, yəni mayın 12-də çıxış edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
VİDEO
Azərbaycanı "Avroviziya"da təmsil edəcək müğənni: Bir az şübhə edirdim - Video/Foto