RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

McDonald's Sibirdə fəaliyyətini davam etdirəcək

Bundan əvvəl, martın 8-də baş direktor Kris Kempçinski Rusiyada restoranların müvəqqəti bağlandığını açıqlamışdı.
Sputnik
BAKI, 18 mart - Sputnik. Rusiyanın Sibir federal dairəsində fəqaliyyət göstərən "GiD" françayzinq tərəfindən idarə olunan "McDonald's" fast food restoranları hər zamanki kimi işləməyə davam edir və qiymətləri qaldırmır. Bu barədə RİA Novosti xəbər verir.
Şirkətin "VKontakte" sosial şəbəkəsindəki səhifəsində və Telegram-dakı kanalında məlumat verilir ki, Novokuznetskdə fəaliyyət göstərən "GiD" MMC Novosibirsk, Berdsk, Tomsk, Kemerovo, Novokuznetsk, Barnaul və Krasnoyarskda 25 McDonald's restoranını idarə edir.
"Sibirdəki bütün McDonald's müəssisələri adi qaydada işləyir... Bu gün fast food şəbəkələri öz qiymətlərini xeyli artırıb. Bizim isə qiymətlərimiz eyni səviyyədə qalıb", - deyə məlumatda bildirilir.
McDonalds
Keçən həftə McDonald's rəhbərliyi bildirib ki, "əməliyyat, texniki və logistik çətinliklər səbəbindən" şirkət martın 14-dən etibarən Rusiyadakı şəbəkə müəssisələrində xidmətləri müvəqqəti dayandırıb. Səbəb isə şirkətin "əsas çeşidləri saxlayaraq sahələrin fasiləsiz işləməsinə zəmanət verə bilməməsi, şəbəkə müəssisələrində qonaqların vərdiş etdiyi yüksək keyfiyyət standartlarını saxlaya biləcəyinə əmin olmamasıdır".
Bundan əvvəl, martın 8-də baş direktor Kris Kempçinski Rusiyada restoranların müvəqqəti bağlandığını açıqlamışdı.
Kempçinskinin izah etdiyi kimi, McDonald's-ın Rusiyadakı 62.000 işçisinin hamısı maaşlarını saxlayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Avropa və Çinə anti-Rusiya sanksiyaları lazımdırmı?