BAKI, 17 mart - Sputnik. Xüsusi əməliyyat başlayandan bəri Rusiya silahlı qüvvələri Ukrayna silahlı qüvvələrinin 1400-ə yaxın tankını və digər zirehli texnikasını məhv edib. RİA Novosti xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov cümə axşamı jurnalistlərə deyib.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bəri aşağıdakılar məhv edilib: 182 Ukrayna təyyarəsi və helikopteri, 177 pilotsuz uçuş aparatı, 1393 tank və digər zirehli döyüş maşını, 134 reaktiv yaylım atəş sistemi, 523 səhra artilleriya və minaatan, o cümlədən 1182 ədəd xüsusi təyinatlı hərbi maşın”, - deyə general bildirib.
General həmçinin bildirib ki, Rusiya Aerokosmik Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələri bir gün ərzində 14 Ukrayna hərbi təyyarəsini, o cümlədən 12 pilotsuz uçuş aparatını vurub:
“Ümumilikdə, son 24 saat ərzində Rusiya aerokosmik qüvvələrinin aviasiya və hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus bir Mi-24 və bir Mi-8 helikopterini, həmçinin üç Bayraktar TB-2 də daxil olmaqla, 12 Ukrayna pilotsuz uçuş aparatını vurub”.
Konaşenkov onu da əlavə edib ki, son sutka ərzində operativ-taktiki, ordu və pilotsuz təyyarələr Ukraynanın 46 hərbi obyektini vurub.
Onların arasında: 11 zenit-raket kompleksi, o cümlədən S-300 divizionu, bir reaktiv yaylım atəşi sistemi, üç komanda məntəqəsi, bir elektron döyüş stansiyası, yeddi sursat anbarı və 18 hərbi texnikanın cəmləşdiyi ərazi var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.