SƏHİYYƏ

Azərbaycanda vaksinlərin alınması üçün xərclənən pulun həcmi məlumdur

Hesabatda qeyd edilib ki, vaksinatorlar üçün hazırlıq təlimləri həyata keçirilib. "Soyuq zəncir" sisteminin gücləndirilməsi üçün əlavə olaraq 105 ədəd +2-80C-li, 20 ədəd-200C-li və 10 ədəd -860C-li soyuducu avadanlıq alınıb.
Sputnik
BAKI, 17 mart — Sputnik. COVID-19 infeksiyasına qarşı vaksinasiya kampaniyasına hazırlıq mərhələsində vaksin preparatlarının saxlanılması üçün "soyuq zəncir" sistemi genişləndirilib, peyvənd məntəqələri təşkil olunub.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.
Hesabatda qeyd edilib ki, vaksinatorlar üçün hazırlıq təlimləri həyata keçirilib. "Soyuq zəncir" sisteminin gücləndirilməsi üçün əlavə olaraq 105 ədəd +2-80C-li, 20 ədəd-200C-li və 10 ədəd -860C-li soyuducu avadanlıq alınıb.
Vaksinasiya tədbirlərinin aparılması məqsədilə Bakı şəhərində 70-ə yaxın stasionar peyvənd məntəqəsi təşkil olunub.
2021-ci ildə Azərbaycanda koronavirus pandemiyasına qarşı mabrizə tədbirləri üçün 800,8 milyon manat (o cümlədən dövlət büdcəsinin vəsaitindən 520,9 milyon manat, İcbari Tibbi Sığorta Fondunun vəsaitindən 279,9 milyon) manat istifadə olunub.
Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd olunub ki, ayrılmış vəsaitlərin 314,1 milyon manatı vaksinlərin alınmasına, 165,8 milyon manatı tibb işçilərinə müddətli əlavələrin ödənilməsinə, 132,9 milyon manatı modul tipli xəstəxanaların fəaliyyətinin təmin edilməsinə, 115,3 milyon manatı dərman, tibbi ləvazimatlar, avadanlıqlar və digər malların, xidmətlərin alınmasına, eləcə də digər istiqamətlərə xərclənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SƏHİYYƏ
Üçüncü təzə başlayıb, artıq 4-cü doza tələb edirlər - İşçilərin vaksin tərəddüdü