İQTİSADİYYAT

Azərbaycana daxil olan valyuta artıb

Mərkəzi Bankı ötən ilin tədiyə balansını açıqlayıb. 2020-ci ildə tədiyə balansının saldosu mənfi 1 milyard 987,7 milyon dollar təşkil etmişdi.
Sputnik
BAKI, 17 mart — Sputnik. Azərbaycan Mərkəzi Bankı 2021-ci ildə tədiyə balansını açıqlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, ötən il tədiyə balansının saldosu müsbət 3 milyard 81,4 milyon dollar təşkil edib. 2020-ci ildə tədiyə balansının saldosu mənfi 1 milyard 987,7 milyon dollar təşkil etmişdi.
Qeyd edilib ki, 2021-ci ildə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirlənib. Cari əməliyyatlar balansında 8,3 mlrd. dollar, profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 5,1 mlrd. dollar kəsir yaranıb, ehtiyat aktivləri 3,1 mlrd. dollar artıb. Bu dövrdə xam neftin orta qiyməti 67 dollar/barel olub, qeyri-neft ixracı isə 44% artaraq 2,6 mlrd. dollar səviyyəsində formalaşıb.
Xarici ticarət balansı
Hesabat dövründə Azərbaycanın dünyanın 189 dövləti ilə ticarət əlaqələri olub. Xarici ticarətin 14%-i MDB üzvü olan dövlətlərin, 86%-i isə digər xarici dövlətlərin payına düşür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.