RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ankara Rusiya-Ukrayna görüşünü keçirməyə hazırdır - Putin Ərdoğanla danışacaq

Artıq iyirmi iki gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Sputnik
BAKI, 17 mart - Sputnik. Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında görüş ehtimalı var, lakin vaxtla bağlı danışmaq hələ tezdir, çünki buna liderlərin istəyi kömək edəcək. RİA Novosti xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Biz məmnuniyyətlə belə bir görüşü keçirməyə hazırıq”, - deyə Çavuşoğlu mətbuat konfransında bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə RİA Novosti-yə bildirib ki, RF prezidenti Vladimir Putinin bugünkü proqramına türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı daxildir:
"Orada (Ərdoğanla telefon danışığı planlaşdırılır)," - deyə Peskov bildirib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi iki gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Peskov: Rusiya Haaqa Məhkəməsinin tələbinə əməl etməyəcək