BAKI, 16 mart — Sputnik. "Rusiyanın Ukraynadakı hərbi əməliyyatı öz məqsədlərinə çatacaq və Avropa Moskva ilə ikitərəfli münasibətlərə dəyən ziyanı ödəməli olacaq". Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Dördüncü Avropa Departamentinin direktoru Yuri Pilipson bildirib.
"Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı öz məqsədlərinə çatacaq və bizim avropalı "tərəfdaşlarımız" milli maraqlarına və nəsillər boyu inkişaf etmiş ikitərəfli münasibətlərə vurduqları zərərin əvəzini ödəməli olacaqlar", - deyə Pilipson bildirib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi bir gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.