SƏHİYYƏ

"Stels-omikron" infeksiyasının Azərbaycanda yayılması istisna deyil - Baş infeksionist

Rusiyanın səhiyyə naziri Mixail Muraşko koronovirusun "omikron" ştamına yoluxmuş şəxslərin "stels-omikron" infeksiyasından qorunmanı təmin etmədiyini açıqlayıb.
Sputnik
BAKI, 16 mart — Sputnik. Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov "Stels-omikron" infeksiyasının Azərbaycanda təhlükəsi ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verib. O, bildirib ki, "Stels-omikron" hazırda bir sıra ölkələrdə sürətlə yayılıb:
"Stels-omikron hazırda bir sıra ölkələrdə sürətlə yayıldığının şahidiyik.Hətta çox ciddi karantin tədbirlərini tətbiq edən Çində belə yoluxmaların xeyli artmasını görürük. Rusiyada mütəxəssislərin proqnozuna görə artıq yeni yoluxma hallarında onun payı artmaqdadır və tezliklə dominant ştama çevriləcəyi güman edilir. Hazırkı pandemiya təcrübəsi bizə deyir ki, yeni, mutant koronavirus ştamının hər hansı bir ölkədə yayılmasının mümkünlüyü istisna deyil və yenidən yoluxma hallarının sayında artım ola bilər".
Təyyar Eyvazov
T. Eyvazov qeyd edib ki, bu ştamm əvvəlkilərdən daha yoluxucu olsa da, ağır xəstəlik törətmək qabiliyyəti zəifdir:
"Çox güman ki, bu, ana-omikron ştamından çox deyil. Qorunma tədbirləri əvvəlkilərlə eynidir, tam vaksinasiya olunanlar, xüsusən də buster doza alanlar daha yaxşı qorunmuş sayılırlar. Həmin şəxslər hətta xəstələnsələr belə əksəriyyətinin xəstəliyi yüngül keçirəcəyi, hospitalizasiyaya ehtiyacı olmayacağı düşünülür".
Məlumat üçün bildirək ki, Rusiyanın səhiyyə naziri Mixail Muraşko koronovirusun "omikron" ştamına yoluxmuş şəxslərin "stels-omikron" infeksiyasından qorunmanı təmin etmədiyini açıqlayıb.
O, bildirib ki, ancaq peyvənd və revaksinasiya bu virusdan yan keçməyə kömək edir:
"Hətta "omikron" xəstəliyinə yoluxanlar peyvənd və vaxtında revaksinasiyadan fərqli olaraq, "stels-omikrondan" etibarlı qorunmanı təmin etmir", - deyə Muraşko jurnalistlərə bildirib.
O qeyd edib ki, mövcud elmi və klinik məlumatlara əsasən, yeni koronavirus infeksiyasına qarşı peyvənd və revaksinasiya edilmiş insanların "stels-omikrona" yoluxma və ötürmə riskləri əhəmiyyətli dərəcədə aşağıdır.
"Bundan əlavə, bir sıra araşdırmalara görə, buster peyvəndindən keçmiş müşahidə qruplarında "stels-omikrona" rast gəlinməyib", - deyə nazir vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
"Omikron" ştammının yeni gizli simptomları açıqlandı