Qarlı və dumanlı hava şəraiti İsmayıllı-Muğanlı və Pirqulu yolunda, Ağsu aşırımında avtomobillərin hərəkətində çətinliklər yaradıb.
Səhər saatlarından başlayaraq İsmayıllı və Şamaxı Yol İstismar İdarələrinin canlı qüvvəsi və ağır texnikaları əraziyə cəlb olunub, hazırda yolun qardan təmizlənməsi işləri görülür, nəqliyyatın hərəkəti qismən bərpa olunub.
Bu gün axşam saatlarında yolun buz bağlayacağı gözlənilir, bu məqsədlə qarın təmizlənməsi, yola düz və qumun səpilməsi işləri davam etdirilir.