BAKI, 16 mart - Sputnik. Novruz bayramına sayılı günlər qalıb. Hər il bayramqabağı bazarlarda qiymətlər qalxır. Maraqlıdır, bu Novruzda bayram süfrəsinin qiyməti nə qədər olacaq.
Sputnik Azərbaycan bayramqabağı bazarlardakı qiymətin necə dəyişdiyini öyrənib.
Bir neçə bazar və yarmarkarlarda 2-3 həftə öncə ilə müqayisədə qiymətlərdə artım nəzərə çarpır.
Belə ki, hazırda bazarda ağ kişmiş 8, qara kişmiş 14, şabalıd 8.50-9.50 manatdır. Qabıqlı qoz 5 manatdır. Qoz ləpəsinin qiyməti 19 manatdan başlayır. Qabıqlı badam 5 manat, iydə 6 manat, qarışıq ləbləbi 12 manat, təmizlənmiş badam 6 manat, qabıqlı fındıq 9 manat, təmizlənmiş fındıq 14.50, qabıqsız badam 17-18 manat, yer badamı 5 manatdır.
Çərəzlərlə müqayisədə meyvələr bahalaşmayıb. Belə ki, hazırda bazarada bananın qiyməti 2-3 həftə öncəki kimi, 2.50-2.70, alma 1, portağal 1.50-2.00 manatdır.
Novruz yarmarkasında ərzaq satışı
© Sputnik / Nigar Iskanderova
Düyünün qiyməti 2-9, sarıkök 0.90-3, gavalı qurusu 7.59, yaşıl noxud 1.90, yumurta 0.14, kartof 1.19, kök 1.00, duzlu xiyar 3.65, smetan 2-4 manatdır.
Ətin qiyməti isə 12-14 manat arasında dəyişilir.
Bu qiymətlərlə 4 nəfərlik bir ailənin bayram süfrəsinin qiyməti 125-200 manat arasında dəyişir.
Müqayisə üçün bir neçə həftə öncəki qiymətlərə də nəzər salaq:
Bir neçə həftə öncə qoz ləpəsinin qiyməti 13-25, fındıq ləpəsinin qiyməti 12, qovrulmuş və təmizlənmiş fındıq ləpəsi 15, ərik qurusu 13-15, qara gavalı 8 manat olub. Xurma qurusu 2.50, İran xurması 6, şabalıd 9, innab və iydə 5-10 manat, kişmiş 8-9, qara kişmiş 12 manatdan satılıb. Badamın kilosu 6 manat, qabıqlı fındıq 7, qabıqlı qoz 5 manat, püstənin qiyməti 59 manatadək olub.
Novruz yarmarkasında ərzaq satışı
© Sputnik / Nigar Iskanderova
Göründüyü kimi qabıqlı fındığın qiyməti aşağı düşsə də, qoz ləpəsi və digər çərəzlərin qiyməti artıb. Öncə 15 manata qoz ləpəsi tampaq mümkün idisə, indi əksər bazralarda qoz ləpəsinin qiyməti 19 manat olub.
Bayram şirniyyatı hazırlamaq üçün lazım olan məhsulların qiymətində isə bir neçə həftə öncə ilə müqayisədə artım olmayıb.
Novruz yarmarkasında ərzaq satışı
© Sputnik / Nigar Iskanderova
Belə ki, bir neçə həftə öncə bayram yarmarkalarında və iri marketlərdə şirniyyatların hazırlanmasında istifadə olunan məhsulların qiyməti belə olub:
Vanil 0.9-0.19 AZN
Mixək - 1.75- 3.45
Un - 1.50 AZN
Şəkər tozu - 1.35 - 1.60 AZN
Sarıkök - 0.55 - 1.90
Kərəyağı - 1000 qr - 18.60 AZN
Qaymaq - 2.35 - 5.30 AZN
Yumurta 0.14 qəpik
Süd - yağlılıq dərəcəsindən asılı olaraq 1.95 - 3.00 AZN
BAYRAMINIZ MÜBARƏK!
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.