BAKI, 15 mart — Sputnik. Etiraf etmək lazımdır ki, Ukrayna NATO-ya daxil olmayacaq. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Prezident Volodimir Zelenski Birləşmiş Ekspedisiya Qüvvələrinə (Joint Expeditionary Force) daxil olan dövlətlərin rəhbərlərinin onlayn görüşündə deyib.
“İllərdir ki, guya açıq qapılar haqqında eşidirdik, amma həm də eşitdik ki, ora daxil ola bilmirik, bu doğrudur, bunu etiraf etməliyik”, - deyə o bildirib.
Zelenski bir daha NATO-nu Ukrayna üzərində uçuşa qadağa zonası yaratmağa çağırıb, lakin əlavə edib ki, Kiyev bunun hansı nəticələrə gətirib çıxara biləcəyini anlayır.
Eyni zamanda, o, üçüncü dünya müharibəsi təhlükəsi ilə bağlı alyans üzvlərinin qorxularını “özünə təlqin etmə” adlandırıb.
Fevralın 24-də Rusiya Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.