BAKI, 15 mart — Sputnik. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin may müqaviləsinin dəyəri 5,13% azalaraq 1 barelə görə 101,42 dollar təşkil edib.
Sputnik Azərbaycan xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 5,15% azalaraq 97,71 dollar təşkil edib.
Dünya birjalarında neft qiymətləri aşağı düşüb
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,55 dollar azalaraq 108,78 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,14 dollar ucuzlaşaraq 105,88 dollar olub.
Qeyd edək ki, Ukrayna ətrafında baş verən hadisələr dünya bazarlarında neftin qiymətlərinə təsir göstərir. Kəskin bahalaşan neft son 2 gündə ucuzlaşmağa başlayıb. ABŞ dollarının möhkəmlənməsi də neftin bahalaşmasına mane olur.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.