AZƏRBAYCAN XƏBƏRLƏRİ

XİN Ukraynadan azərbaycanlıların təxliyəsi ilə bağlı açıqlama verib

Qeyd olunur ki, vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən Rumıniyanın Yassi və Buxarest, Polşanın Katoviçe şəhərlərindən indiyədək 15 çarter reysi təşkil olunub
Sputnik
BAKI, 14 mart - Sputnik. Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının və onların ailə üzvlərinin qonşu ölkələrin ərazisindən keçməklə Azərbaycana təxliyəsi davam edir. Bu barədə Xarici İşlər nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, 14 mart 2022-ci il tarixinədək Azərbaycana 7500 artıq insan təxliyə olunub:
"Onlardan 3 000 yaxın çarter reysəri, 4500-dən çox insan isə avtobuslarla təxliyə olunub".

Qeyd olunur ki, vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən Rumıniyanın Yassi və Buxarest, Polşanın Katoviçe şəhərlərindən indiyədək 15 çarter reysi təşkil olunub:
"Bu reyslərlə əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib".

Nazirlikdən o da qeyd olunub ki, Ukraynadakı vəziyyətlə əlaqədar bu bölkədə daimi və müvəqqəti yaşayan, səfərdə olan soydaşlarımızın, həmçinin şəxsi imkanları hesabına Azərbaycana geri dönüşü həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
İki avtobus azərbaycanlı Ukraynada qaynar bölgələrdən çıxardılıb