TƏHSİL

Tələbə qəbulu Qaydalarına dəyişiklik edildi! - Baş nazir qərar imzaladı

Bundan başqa riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisaslar üzrə - riyaziyyat fənnindən nisbi əmsal 1,5 olacaq.
Sputnik
BAKI, 14 mart - Sputnik. I qrup üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları dəyişib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidir.
Bundan başqa riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisaslar üzrə - riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1), riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisaslar üzrə - riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və informatika (nisbi əmsal:1) olacaq.
Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
TƏHSİL
DİM ərizə qəbulunun vaxtını açıqladı