CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Novruzda əfv fərmanı olacaqmı?

Prezident İlham Əliyev tərəfindən indiyə qədər 35 əfv sərəncamı imzalanıb. Bu sərəncamlar 5672 nəfərə şamil olunub.
Sputnik
BAKI, 14 mart — Sputnik. Ümid edirik ki, qarşıdakı aylarda əfv sərəncamı olsun. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu hüquq müdafiəçisi, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Ədliyyə Nazirliyində keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, mart ayında əfv sərəncamının imzalanması gözlənilmir.
Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən indiyə qədər 35 əfv sərəncamı imzalanıb. Bu sərəncamlar 5672 nəfərə şamil olunub.
Sonuncu amnistiya aktı
Xatırladaq ki, Milli Məclis noyabrın 5-də Zəfər Günü ilə bağlı Amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib.
Amnistiya aktı ümumilikdə 16 min nəfərə şamil ediləcək, 3 min nəfər məhkum isə cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Yetkinlik yaşına çatmayan məhkumlar üçün bina inşa edilib