BAKI, 14 mart — Sputnik. “Lukoyl” Xəzər dənizinin Rusiya sektorunda ehtiyatları 48 milyard kubmetr olan böyük “Xəzri” qaz yatağını kəşf edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “Rosnedra”dan bildirilib.
“Xəzri” yatağı (2022-ci ildə kəşf edilib). Yerin təkinin istifadəçisi "Lukoil-Nijnevoljskneft" MMC-dir.
““Xəzri” iri yataqlar qrupuna aiddir, ümumilikdə sərbəst qazın ilkin çıxarıla bilən ehtiyatları 48 mlrd. kubmetr, kondensatın isə 8,2 mln. ton təşkil edir”, – idarənin məlumatında qeyd olunur.
Yataq Xəzər dənizinin orta hissəsinin Rusiya sektorunda, Mahaçqala şəhərindən 70 km aralıda yerləşir, - “Rosnedra”dan bildirilib.
Xatırladaq ki, “Lukoyl” 1995-ci ildən Şimali Xəzərdə kəşfiyyat işləri, 1999-cu ildən dərin qazma işləri aparır. Ümumilikdə, “Lukoyl” Xəzər dənizində 7 milyard barel neft ekvivalentində ümumi çıxarıla bilən karbohidrogen ehtiyatlarına malik 10 yataq (birgə müəssisə də daxil olmaqla) kəşf edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.