İDMAN

Futbolçu nə üçün diskvalifikasiya olundu

Hakimlər briqadasını təhqir edən "Mil"in oyunçusu Cahangir Qurbanzadə qarşıdakı 4 matçı buraxmalı olacaq.
Sputnik
BAKI, 14 mart — Sputnik. AFFA İntizam Komitəsi Region Liqasının son oyunlarında qeydə alınan neqativ hallarla bağlı qərarlarını açıqlayıb.
Sputnik Azərbaycan Apasport.az-a istinadən xəbər verir ki, komitə bir sıra sərt cəzalar tətbiq edib. "Füzuli" ilə ev oyununda hakimlər briqadasını təhqir edən "İmişli"nin baş məşqçisi Süleyman İsayev 5 oyunluq cəzalandırılıb.
"Batabat"la görüşdən sonra hakimlərə hədə-qorxu gələn "Əlincə"nin futbolçusu Mehman Quluyevə də eyni cəza kəsilib.
Saatlı "Araz"ı isə səfər qarşılaşmasında hakimlər briqadasını təhqir edən "Mil"in oyunçusu Cahangir Qurbanzadə qarşıdakı 4 matçı buraxmalı olacaq.
"Şahdağ" (Quba) – "Cəbrayıl" oyununda isə birincilər matçı keçirmək üçün lazımi tədbirləri həyata keçirmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İDMAN
Qadın güləşçimiz Avropa çempionu oldu