CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekoloji təmiz və səmərəli yanacaq - Şimal-Qərb rayonlarında məktəblər necə qızdırılır

Pellet xüsusi sobalarda yandırılır. Bir dəfəyə 4-5 kiloqram yandırıldıqda 3 saatdan artıq yaxşı istilik verir.
Sputnik
BAKI, 14 mart — Sputnik. Ölkə ərazisində fəaliyyət göstərən orta məktəblərin qış aylarında istiliklə təmin edilməsi ən böyük çətinliklərdən biridir. Bu səbəbdən ölkəmizdə pilot layihə kimi ilk dəfə pellet məhsulları ilə məktəblərin qızdırılması prosesnə start verilib. Ağac və taxta tullantılarının təkrar emalı nəticəsində əldə olunan ekoloji təmiz yanacaq növü ilkin olaraq TovuzAğstafa rayonlarının 5 məktəbində tətbiq edilib. Bunlardan biri də Ağstafa rayon Köçəsgər kənd 2 saylı orta məktəbidir. Sputnik Azərbaycan-ın bölgə müxbiri sözügedən məktəbdə olaraq bu yanacaq növünün effektivliyi ilə maraqlanıb.
Ağstafa rayon Köçəsgər kənd 2 saylı orta məktəbində pellet məhsulları ilə məktəblərin qızdırılması
Söhbət zamanı hər kəs yanacaqdan razı olduqlarını, şagirdlərdən daha neft, tüstü, soba qoxusunun gəlmədiyini deyiblər. Məktəbin xadiməsi, eyni zamanda bir valideyn olan Zəminə Məcidova bu yanacağın təmizliyinə və isitmə qabliyyətinə görə daha üstün olduğunu bildirib.
Ağstafa rayon Köçəsgər kənd 2 saylı orta məktəbində pellet məhsulları ilə məktəblərin qızdırılması
"Noyabr ayının 15-dən məktəbimizdə bu yanacaqdan istifadə edirik. Yanmağı yaxşıdır, tüstüsünün, qoxusunun heç bir zərəri yoxdur. Həm təmizliyinə, həm verdiyi istiliyinə görə bir valideyn, bir işçi kimi çox razıyam. Pelleti xüsusi sobalarda yandırırıq. Bir dəfəyə 4-5 kiloqram yandıranda 3 saatdan artıq yaxşı istilik verir. Ondan sonra lazım olarsa, yenidən əlavə edirik. Çox yaxşı yanır", - deyərək məktəb nümayəndəsi razılığını bildirib.
Zəminə Məcidova
Məktəbin direktoru Şəfəq Süleymanova da pelletin effektiv yanacaq olduğunu bildirib. O, qışın mülayım keçməsinə baxmayaraq qış rejimi bitənə kimi bu yanacaqdan istifadə etməyə davam etdirəcəklərini söyləyib.
Şəfəq Süleymanova
"Əvvəl yanacağımız odun idi. O daha çox əziyyət tələb edirdi. Odunun yarılması, daşınması zaman alırdı. Amma yeni pellet yanacaq növü hazır vəziyyətdə gəlir, yəni onların daşınmasında belə bizim işçilərin iştirakı olmur. Bizim işçilərin yalnız funksiyası şagirdlər məktəbə daxil olana qədər - bizdə bilirsiz ki, tədris saat 9-un yarısı başlayır, amma işçilər 8-in yarısı işdə olurlar - sinif otaqları tam isti, hazır vəziyyətə gətirilir. Şagirdlər gələndə tam istiliklə təmin olunmuş sinif otaqlarında olurlar", - deyə direktor bildirib.
Ağstafa rayon Köçəsgər kənd 2 saylı orta məktəbində pellet məhsulları ilə məktəblərin qızdırılması
Ağstafa rayon Təhsil şöbəsindən bildirilib ki, rayonun 39 məktəbindən 7-si odun yanacağı ilə qızdırılır. Pellet yanacağınınn effektivliyinə görə gələcəkdə digər məktəblərdə də bu yanacaqdan istifadənin arzuolunan olduğunu bildirib:
Ağstafa rayon Köçəsgər kənd 2 saylı orta məktəbində pellet məhsulları ilə məktəblərin qızdırılması
"Pilot layihə bu ildən başlamasına baxmayaraq artıq öz effektini göstərib. Ekoloji cəhətdən təmiz, daha çox istilik tutumuna malikdir. Gələcəkdə digər, odun və ya duru yanacaqla qızdırılan məktəblərdə də ekoloji təmiz yanacaq növlərindən istifadə edilməsi nəzərdə tutulur".
Ağstafa rayon Köçəsgər kənd 2 saylı orta məktəbində pellet məhsulları ilə məktəblərin qızdırılması
Qeyd edək ki, layihənin icrasının məktəblərdə istilik probleminin həlli ilə yanaşı, bərpa oluna bilən, ekoloji təmiz enerji mənbələrinin yaradılmasına və geniş istifadəsinə də təkan verəcəyi nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
FOTO
Su əldə etməyə sərf olunan ömür və ya uzunqulaqların ümidinə qalmış kənd