BAKI, 14 mart — Sputnik. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına istehlakçılar tərəfindən 80,4 mln. manat xərclənib.
Sputnik Azərbaycan xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, 2021-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə 86,1% və ya 37,2 mln. manat çoxdur.
Bu ilin yanvar göstəricisi ilə müqayisədə isə fevral satışlarının həcmi 28,4% və ya 10 mln. manat artaraq 45,2 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin ilk iki ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,2%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub. Bu, 2021-ci ilin eyni göstəricisindən 0,5 faiz bəndi çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.