RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiyanın dondurulmuş qızıl-valyuta ehtiyatlarının həcmi açıqlanıb

İrina Okladnikova Maliyyə Nazirliyinin sanksiyalara görə dondurulmuş ehtiyatların danışıqlardan sonra Rusiya Bankının ixtiyarına veriləcəyini gözlədiyini demişdi.
Sputnik
BAKI, 13 mart - Sputnik. Qərb ölkələri Rusiyanın qızıl-valyuta ehtiyatlarının təxminən yarısını, yəni təxminən 300 milyard dollarını dondurub. RİA Novosti-nin xəbərinə görə, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov deyib.
"Bu, bizdəki həmin qəbildən olan ehtiyatların təxminən yarısıdır. Bizim ümumi ehtiyatlarımız təxminən 640 milyard dollardır, 300 milyarda yaxın ehtiyat hazırda elə vəziyyətdədir ki, biz onlardan istifadə edə bilmirik", - deyə Siluanov "Rusiya 1" kanalında çıxışı zamanı bildirtib.
Xatırladaq ki, maliyyə nazirinin müavini İrina Okladnikova təmsil etdiyi Nazirliyin sanksiyalara görə dondurulmuş ehtiyatların danışıqlardan sonra Rusiya Bankının ixtiyarına veriləcəyini və büdcə sistemi üçün heç bir ciddi nəticələrin olmayacağını gözlədiyini demişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiyaya qarşı sanksiyalar problemi həll etməyəcək - Çavuşoğlu