HADİSƏ

Lənkəranda avtomobil qəzası ölümlə nəticələndi

Göyçay rayon sakinləri Lənkəran rayonunun Zövlə kəndinə tələbə yoldaşılarını toyuna gəliblər və onlar kənddə şadlıq evlərinin birində toyda olublar.
Sputnik
BAKI, 13 mart — Sputnik. Lənkəran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycanın bölgə müxbirinin verdiyi xəbərə görə avtomobil qəzası ölümlə nəticələndiQəza hadisəsi axşam saatlarında Lənkəran-Boradigah avtomobil yolunun Separadi kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Hundai” markalı 99 BJ 103 dövlət qeydiyyatı nömrə nişanlı minik avtomobili idarə etməni itirərək çıxıb yol kənarındakı iri gövdəli şam ağacına çırpılıb.
Nəticədə avtomobildə olan 2 nəfər Göyçay rayon sakinləri 2002-cı il təvəllüdlü Elmir Qurbanov və həm yerlisi 2004-cü il təvəllüdlü Cavid Salahlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Dərhal yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəsarət alanlardan biri, E.Qurbanov xəstəxanaya apararkən yolda dünyasın dəyişib. Yaralı C. Salahlı isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləsdirilib. İlkin məlumata görə qəzaya səbəb hava şəraitinin yağışlı olması göstərilir.
Məlumat üçün bildirək ki, Göyçay rayon sakinləri Lənkəran rayonunun Zövlə kəndinə tələbə yoldaşılarını toyuna gəliblər və onlar kənddə şadlıq evlərinin birində toyda olublar. Faktla bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Narkotikin təsiri altında avtobus idarə edən şəxs həbs olunub