SƏHİYYƏ

Koronavirusu özbaşına antibiotiklərlə müalicə etmək təhlükəlidir - TƏBİB

Martın 11-ə olan məlumata görə, sutka ərzində Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 225 yeni yoluxma faktı qeydə alınıb, 583 nəfər müalicə olunaraq sağalıb.
Sputnik
BAKI, 12 mart — Sputnik. Koronavirus dövründə antibiotiklərin istifadəsi düzgün deyil. Sputnik Azərbaycan xəbər verir ki, bunu "TƏBİB məsləhəti" proqramında TƏBİB-in Dərman və tibb vasitələrinin planlaması şöbəsinin müdiri Elmin Quliyev deyib.
Onun sözlərinə görə, bu xəstəlik virusla yoluxduğu üçün onun müalicəsində antibiotiklər işə yaramır:
“Çünki viruslar hüceyrəvi quruluşa malik deyil. Antibiotiklər bakteriyaları məhv edir. Eyni zamamda daha bir yanlış fakir var ki, antibiotik hərarəti salır. Əksinə, antibiotik hərarət salmaq üçün düzgün vasitə deyil. Antibiotik bakteriyanı öldürür, buna görə hərarət normallaşır”.
Şöbə müdiri qeyd edib ki, koronavirus dövründə virus bədəndə viral prosesi başladır, antibiotik istifadəsi zamanı isə ona daha bir bakteriya qoşulur:
“İlkin müalicə virus əleyhinə preparatlardır. Ondan sonrakı müddətdə infeksionistlər test aparır, ehtiyac olduğu halda istifadəsi tövsiyə edilir. İnsanların özbaşına koronavirus xəstəliyini antibiotiklərlə müalicə etməsi doğru deyil və olduqca təhlükəlidir”.
Xatırladaq ki, martın 11-ə olan məlumata görə, sutka ərzində Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 225 yeni yoluxma faktı qeydə alınıb, 583 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahının yaydığı məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 790 378 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 778 543 nəfər müalicə olunaraq sağalıb, 9 589 nəfər vəfat edib, aktiv xəstə sayı 2 246 nəfərdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SƏHİYYƏ
Pandemiyanın başa çatmasına hələ çox var - ÜST