CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Analar, valideynlər, övladlarınızı daim nəzarətdə saxlayın! - Dövlət Komitəsi çağırış etdi

Azyaşlının psixoloji vəziyyətinin qiymətləndirilməsi və ona psixoloji dəstək göstərilməsi məqsədilə Komitənin nəzdində fəaliyyət göstərən Goranboy Uşaq və Ailələrlə Dəstək Mərkəzinin əməkdaşları ailəyə səfər edəcəklər.
Sputnik
BAKI, 11 mart — Sputnik. "Analara, valideynlərə çağırış edirik ki, övladlarını daim nəzarətdə saxlasınlar, onlarla daim ünsiyyətdə olsunlar". Bunu Sputnik Azərbaycan-a müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.
Onun sözlərinə görə, Komitənin nəzdində fəaliyyət göstərən Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları Gəncə şəhəri Kəpəz rayonu sakini, xüsusi qayğıya ehtiyacı olan, zorakılığa məruz qalan azyaşlının ailəsində oldular:
"Öncəpsixoloqlar tərəfindən ailənin qiymətlədirilməsi aparıldı, qərar gəlindi ki, mütəmadi olaraq komitənin nəzdində olan Goranboy və Göygöl Mərkəzləri tərəfindən zorakılığa məruz qalmış azyaşlıya və ailə üzlərinə psixoloji-sosial dəstək göstərilsin. Daha sonra bütün lazımi tədbirlər görüləcək, addımlar atılacaq".
Xatırladaq ki, sosial şəbəkələrdə Gəncə şəhəri, Kəpəz rayon sakini, xüsusi qayğıya ehtiyacı olan, yetkinlik yaşına çatmayan qızın 62 yaşlı qonşusu tərəfindən zorakılığa məruz qalması və hazırda hamiləliyin 7-ci ayında olması ilə bağlı fakt Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılıb.
Teymur Mərdanoğlunun sözlərinə görə, Gəncə Şəhər İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası və Daxili İşlər Nazirliyi ilə dərhal əlaqə saxlanılıb.
Məsələ ilə bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb:
"Bu gün azyaşlının psixoloji vəziyyətinin qiymətləndirilməsi və ona psixoloji dəstək göstərilməsi məqsədilə Komitənin nəzdində fəaliyyət göstərən Goranboy Uşaq və Ailələrlə Dəstək Mərkəzinin əməkdaşları ailəyə səfər edəcəklər".
Qeyd edək ki, yeniyetmənin 17 yaşı var, zorakılıq hadisəsi ilə bağlı bu gün sosial şəbəkədə məlumat paylaşılıb və komitə dərhal əməliyyata keçib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
YAZARLAR
Zərərli və zəhərli tendensiya: Zərərçəkmişi əzmək