BAKI, 11 mart — Sputnik. Qax rayonunda “Barama-2022: Qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib. Sputnik Azərbaycan-ın regional müxbirinin verdiyi xəbərə görə, müşavirədə Kənd Təsərrüfatı naziri İnam Kərimov da iştirak edib. Nazir bu il barama mövsümünə hazırlıq və qarşıda duran vəzifələr, baramaçılığın inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.
Təqdimat zamanı
© Sputnik / İbrahim Hashimov
Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.
İnam Kərimov qeyd edib ki, bu ildən baramaçılara ödənən subsidiya arırılacaq.
Təqdimat zamanı
© Sputnik / İbrahim Hashimov
“Baramaçılıq dövlət dəstəyi ilə əhatə olunan və dövlət tərəfindən subsidiyalaşdırılan sahələrdən biridir. Cənab prezidentin müvafiq sərəncəmına əsasən, bu il subsidiya fermerlərə dəstək tədbirlərinin artırılması üçün 5 manatdan 6 manata qaldırılıb".
Təqdimat zamanı
© Sputnik / İbrahim Hashimov
Daha sonra nazir bildirib ki, “Azəripək” MMC də öz tərəfindən fermerlərə yaş baramanın hər kiloqramı üçün 4 manat əvəzinə 5 manat ödəməyə razılaşıb:
"Beləliklə, artıq bu ildən etibarən fermerlərimiz baramanın hər kiloqramına görə ümumilikdə 9 manat yox, 11 manat alacaqlar”, - deyə nazir əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.