BAKI, 11 mart - Sputnik. Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının ikinci gününə yekun vurulub. Azərtac xəbər verir ki, son olaraq kişi qrupların qarışıq hərəkətdə qalibləri müəyyənləşib.
Böyük Britaniya qrupu 29,410 xalla dünya çempionu adını qazanıb. Belçika komandası 29,160 xalla çempionatı ikinci, İsrail qrupu isə 28,430 xalla üçüncü pillədə başa vurublar.
Çempionatda 17 ölkədən 170 gimnast iştirak edir.
Martın 13-dək davam edəcək yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.