BAKI, 10 mart - Sputnik. RF enerji daşıyıcılarının Avropaya və digər bölgələrə tədarükü ilə bağlı bütün öhdəliklərini yerinə yetirir. Bu barədə Rusiya Prezidenti Vladimir Putin hökumətin iclasında bildirib.
"Ukraynanın qaz nəqli sistemi Rusiya ilə Avropa arasında qaz tədarükü üzrə müqavilələrə əsasən tam yüklənmiş vəziyyətdədir", - Putin deyib.
O qeyd edib ki, ABŞ-da neft məhsullarının qiymətinin artması Rusiyadan neft idxalına qadağa ilə əlaqəli deyil, "əhalini sadəcə aldadırlar".
"İndiki vəziyyətdə mallara tələbat artır, lakin Rusiya hakimiyyəti bütün məsələləri həll edəcək... Rusiya sanksiyalara qoşulmayan tərəfdaşları ilə birlikdə bütün problemlərin həlli yolunu tapacaq" - Putin vurğulayıb.
Prezident həmçinin Rusiyanın heç kimdən qapanmaq fikrində olmadığını deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.