BAKI, 10 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə yola düşüb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib
Qeyd edək ki, bundan öncə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan yerli administrasiyaların bir qrup qadın rəhbəri ilə görüşündə deyib ki, Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək.
O, İsrail prezidenti Yitzhak Hersoqun martın 9-da Türkiyəyə səfər edəcəyini də xatırladıb.
Ərdoğan görüşdə Ukraynadakı vəziyyətə toxunaraq, bu məsələni 20-dən çox ölkə rəhbəri ilə müzakirə etdiyini qeyd edib.
Türkiyə lideri bildirib ki, Ukraynadakı vəziyyət onun təmaslarının gündəmində qalır və bu məsələ ilə bağlı müzakirələr davam edəcək.
Xatırladaq ki, bundan əvvəl, martın 4-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda olub, həmkarı Bayramov və Azərbaycan lideri İlham Əliyevlə görüşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.