TƏHSİL

IX sinif şagirdlərinin elektron yerdəyişməsi dayandırılır

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına xidmət edir.
Sputnik
BAKI, 10 mart — Sputnik. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddətin qaldığı nəzərə alınaraq martın 15-i saat 18:00-da şagirdlərin elektron yerdəyişməsi portalında (sy.edu.az) IX sinif şagirdlərinin yerdəyişməsi bağlanılacaq.
Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunan sinif üzrə yerdəyişmə prosesi tədris ilinin sonunadək aktiv edilməyəcək.
Xatırladaq ki, ötən ilin noyabrın 10-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilmişdi.
Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.
Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Paytaxtdan əyalətə gedərək fədakarlığı həyat tərzinə çevirmiş müəllimə