NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Cümə axşamının səhəri – neft korrektə olunur, qızıl ucuzlaşır

Martın 10-da səhər saatlarında neft qiymətləri tədricən dünən axşamkı kəskin enişdən sonra bərpa olunur.
Sputnik
BAKI, 10 mart - Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 8,87 dollar azalaraq 127,12 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti ötən gün (135,99) qeydə alınmışdı.

Digər neft markaları bahalaşır

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,35 dollar artaraq 113,49 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,22 dollar artaraq 109,92 dollar olub.

Misin qiyməti artır

Martın 10-u səhər misin qiyməti dünən 3% ucuzlaşmadan sonra yüksəlir. Comex birjasında misin may fyuçersi 0,57% bahalaşaraq funta (0,45 kq) görə $4,619 (0,45 kq) olub.
Dünən misin qiymti 2,9%-dən çox ucuzlaşmışdı. Londonun LME metal birjasında çərşənbə günü bir ton misin fyuçers qiyməti düşərək $10 001,5-ə çatmışdı.

Qızıl psixoloji maksimumdan sonra ucuzlaşır

Cümə axşamı səhər qızılın qiyməti Troy unsiyasına görə $2000-dən geri çəkilib. Nyu-Yorkun Comex birjasında aprel fyuçersinin qiyməti $3,2, və ya 0,16% düşərək $1985 olub. Gümüşün may fyuçersi 0,21%, artaraq unsiyaya görə $25,87 olub.

Rubl manata nisbətən ucuzlaşır

Çərşənbə günü axşam rublun kursu korrektə olunandan sonra, cümə axşamı səhər rublun dollara qarşı kursu yenə artıb. Belə ki, dünən hərracların sonunda 1 dollar 116,26 rubl idi. Martın 10-u səhər 1 dollar 120 rubl olub.
Rubl həmçinin Azərbaycan manatına nəzərən də qiymət itirib. Bir rubl 0,0124 manat olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.