BAKI, 9 mart — Sputnik. Prezident İlham Əliyev Düsen Kaseinovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, TÜRKSOY-da səmərəli fəaliyyətinə və təşkilatın üzv dövlətləri arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Düsen Kurabay oğlu Kaseinov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.
Məlumat üçün bildirək ki, 2008-ci ildən bu günə kimi məşhur musiqiçi, professor D.K. Kaseinov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibidir.
D.K.Kaseinov beynəlxalq və ictimai təşkilatların, eyni zamanda Azərbaycan, Qazaxıstan, Polşa, Monqolustan, Rusiyanın dövlət mükafatları ilə təltif edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.