İDMAN

UEFA “Qarabağ”la oyuna görə “Marsel”i cərimələyib

Komanda tamaşaçıların hərəkətinin düzgün təşkil olunmaması və azarkeşlərin partlayıcılardan istifadəsinə görə də əlavə olaraq 24 250 dollar cərimə ödəməlidir.
Sputnik
BAKI, 8 mart - Sputnik. UEFA Fransanın "Olimpik" (Marsel) futbol Klubunu 44 250 dollar cərimələyib.
APA-nın xəbərinə görə, buna səbəb “Qarabağ”la oyunda baş vermiş insidentdir.
UEFA-nın qərarında göstərilir ki, təxribatçı və siyasi şüarlara görə, komanda 20 000 dollar cərimə olunur. Qərarda azarkeşlərin “Qarabağ Ermənistandır” yazılmış şüarı stadiona keçirməsi göstərilir.
Bundan əlavə komanda tamaşaçıların hərəkətinin düzgün təşkil olunmaması və azarkeşlərin partlayıcılardan istifadəsinə görə də əlavə olaraq 24 250 dollar cərimə ödəməlidir.
UEFA Konfrans Liqası çərçivəsində Fransada keçirilmiş oyun "Olimpik"in xeyrinə 3:1 başa çatmışdı. İkinci oyunda da 0:3 hesabı ilə məğlub olan "Qarabağ" yarışda iştirakını dayandırmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.