BAKI, 8 mart - Sputnik. ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkədə benzinin qiymətinin rekord dərəcədə artmasına reaksiya verib. RİA Novosti-nin xəbərinə görə, keçmiş prezident amerikalılardan keçmiş prezidentləri üçün darıxıb-darıxmadıqlarını soruşub:
"Son xəbərlər: Tarixin ən yüksək benzin qiymətləri! Artıq mənim üçün darıxırsınızmı?”, - deyə Tramp həmvətənlərinə sual ünvanlayıb.
Xatırladaq ki, Birləşmiş Ştatlarda benzinin qiymətləri ən yüksək həddinə çatıb və hər qallon üçün 4,17 dolları (3,785 litr) keçib.
Çərşənbə axşamı ABŞ prezidenti Co Baydenin Ukraynadakı münaqişə ilə əlaqədar Rusiya neftinin və digər enerji məhsullarının idxalına qadağa qoyacağını açıqlayacağı gözlənilir.
Tramp Bayden administrasiyasını ABŞ-ın neft və qaz hasilatına fəal dəstəyini tərk edərək “yaşıl” enerjiyə üstünlük verdiyinə görə tənqid edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.