AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan Prezidenti Türkiyəyə səfər edəcək - Ərdoğan

Türkiyə Prezidentinin sözlərinə görə, Azərbaycan dövlət başçısının səfəri martın 10-da baş tutacaq.
Sputnik
BAKI, 8 mart - Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək. Bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan yerli administrasiyaların bir qrup qadın rəhbəri ilə görüşündə deyib.
Ərdoğanın sözlərinə görə, Azərbaycan prezidentinin səfəri martın 10-da baş tutacaq.
O, İsrail prezidenti Yitzhak Hersoqun martın 9-da Türkiyəyə səfər edəcəyini də xatırladıb.
Ərdoğan görüşdə Ukraynadakı vəziyyətə toxunaraq, bu məsələni 20-dən çox ölkə rəhbəri ilə müzakirə etdiyini qeyd edib.
Türkiyə lideri bildirib ki, Ukraynadakı vəziyyət onun təmaslarının gündəmində qalır və bu məsələ ilə bağlı müzakirələr davam edəcək.
Xatırladaq ki, bundan əvvəl, martın 4-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda olub, həmkarı Bayramov və Azərbaycan lideri İlham Əliyevlə görüşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya və Ukrayna xarici işlər nazirləri Antalyada bir araya gələcək - Çavuşoğlu