DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstanda zəlzələ və torpaq sürüşməsi baş verib

Zəlzələdən başqa Gürcüstanda torpaq sürüşməsi də baş verib. Gürcüstanda baş verən torpaq sürüşməsi dəmir yolunda və avtomagistralda hərəkəti iflic edib.
Sputnik
BAKI, 7 mart — Sputnik. Martın 7-də Gürcüstan – Rusiya sərhədində zəlzələ qeydə alınıb. Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Tbilisi vaxtı ilə 10:24-də qeydə alınıb. Zəlzələ 3,8 bal gücündə olub.
Zəlzələnin episentri Rusiya ərazisində yerləşib.
Qeyd edək ki, zəlzələdən başqa Gürcüstanda torpaq sürüşməsi də baş verib.
Gürcüstanda baş verən torpaq sürüşməsi İmereti bölgəsinin Xaraqauli rayonunun Marelisi kəndi yaxınlığında dəmir yolu xəttini və avtomobil magistralında körpünü sıradan çıxardıb. Təbii fəlakət nəticəsində ölkənin şərq və qərb rayonları arasında dəmir yolu hərəkəti dayandırılıb.
Bu barədə "Gürcüstan Dəmir Yolu" şirkətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, martın 7-də gecə Rikotski aşırımının Marelisi kəndi yaxınlığında torpaq sürüşməsi baş verib. Nəticədə dəmir yolunun bir hissəsi və xəttin yanından keçən avtomobil körpüsünə xeyli ziyan dəyib.
Səhər saatlarından yük və sərnişin qatarlarının, eləcə də avtomobil magistralında hərəkət dayandırılıb.
Əraziyə xüsusi texnika cəlb olunub, dəmir yolu xəttində təmir işləri aparılır. Qatarların hərəkətinin bərpası mərhələli şəkildə həyata keçiriləcək.
Avtomobil yolunun da tez bir zamanda bərpası üçün təxirəsalınmaz işlər davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Azərbaycanda güclü zəlzələ gözlənilirmi?