BAKI, 6 mart — Sputnik. Beynəlxalq energetika agentliyi (BEA) Rusiaynın Ukrayna ərazisində keçirdiyi xüsusi əməliyyatın fonunda ictimaiyyətə Avropa İttifaqının Rusiya qazından asılılığının azaldılması üzrə planı təqdim edirb.
Öz planında BEA 10 maddə (və ya addım) təklif edir ki, onların həyata keçirilməsi MEA-nın hesablamalarına görə, Avropaya il ərzində Rusiyadan qaz alışını 50 milyard kubmetrdən çox azaltmağa imkan verəcək – yəni, üçdə birdən çox. Bütün təklif olunan tədbirlərin həyata keçirilməsi halında yarıbayarı və ya 80 milyard kubmetr azalma olacaq.
İddialı planın həyata keçirilməsi mümkündürmü, yoxsa bu MEA-nın adi boşboğazlığı və populizmidir – Sputnik bu barədə Milli energetik institutunun baş direktorunun müavini Aleksandr Frolovun fikrini öyrənib.
MEA-nın “planı” aşkar səfehlik nümunəsinə oxşayır
“Dünya enerji böhranı şəraitindədir, - Aleksandr Frolov deyir. – Enerji böhranı nədir? Bu, hər şeydən əlavə, artan tələbat fonunda təklifin çatışmazlığıdır – hazırkı vəziyyətdə, ilk növbədə, bu qaz təkliflərinin çatışmazlığıdır. Həmçinin enerji böhranı kömür, elektrik enerjisi, daha az səviyyədə neft məhsulları bazarına toxunub”.
Ekspertin sözlərinə görə, ötən ilin mayından başlayaraq BEA “bu enerji böhranının səbəb və nəticələrinin qeyri-adekvat qiymətləndirilməsini nümayiş etdirdi”. Onun sözlərinə görə, bun apogeyi olaraq 2021-ci ilin sentyabrında BEA-nın böhran barədə dərc etdirdiyi məqalə oldu. O məqalədə baş verənlərin əsas səbəblərindən biri kimi Rusiya göstərilirdi.
“Yəni, BEA-nın fikrincə, Rusiya Avropada qaz çatışmazlığının və müvafiq olaraq enerji daşıyıcılarının yüksək qiymətinin səbəblərindən biri idi, - Aleksandr Frolov davam edir. – Bu qiymətləndirmənin qeyri-adekvatlığı sadə faktdan doğur: Avropada həmin vaxt qiymətlər Asiyadakından aşağı idi, enerji daşıyıcılarının qiymətinin artması isə praktiki olaraq dünyanın bütün bölgələrində müşahidə edilirdi. RF hansı şəkildə fərdi olaraq Avropaya təsir edə bilərdi ki, bu təsir ümumiyyətlə hamıya toxunsun, bunu başa düşməkdən imtina edirəm”.
Lakin BEA buna baxmayaraq, ötən ilin ikinci yarısından etibarən, fəal surətdə Rusiyanın baş verənlərdə günahkar olmasını təbliğ edib, ekspert qeyd edir.
“Və BEA-nın indi təqdim etdiyi tezislərə baxsaq, bunları heç vaxt plan adlandırmaq olmaz, bunlar səfehlik həddində olan tezislərdir – onların təhlil qabiliyyəti 2021-ci ilin ortalarından bəri yaxşılaşmayıb. Keçək onların təqdim etdikləri maddələrin birbaşa təhlilinə”, - Frolov davam edir.
Maddə 1 – “Qazprom”la yeni müqavilələrdən imtina
- BEA-nın bəyanatına əsasən, ildə 15 milyard kubmetrdən çox olan qaz tədarükü müqavilələrinin qüvvədə olma müddəti bu il bitir. Ümumilikdə, ildə 40 milyard kubmetr qazı əhatə edən “Qazprom”la müqavilələr bu onillikdə bitirlər. BEA yeni müqavilə bağlamamağı təklif edir. Onların fikrincə, bu Aİ ölkələrinə digər tədarükçülərlə razılaşmaq və tədarükləri şaxələndirmək imkanı verəcək.
- Burada motivasiya belədir: bu qərar Avropada qaz tədarükünü həm bu il, həm də gələcəkdə daha çox şaxələndirməlidir. Dərhal məntiqi sual ortaya çıxır: konkret olaraq bazarda təklif çatışmazlığı ucbatından yaranmış enerji böhranı şəraitində Avropa şirkətləri Rusiya ilə uzunmüddətli müqavilələr bağlamadan qaz alacaqlar?
Dərhal ortaya çıxan ikinci sual: RF ilə uzunmüddətli müqavilə imzalamamağınız hazırkı müqavilələri ləğv etmir. Məsələn, 2022-ci ildə “Qazprom”un Polşanın PGNiG şirkəti ilə müqaviləsi bitir. Və yumşaq desək, bu müqavilə Polşa tərəfinə digər qaz mənbələri axtarmağa və bəzən tapmağa mane olmur. Sadəcə Rusiyadan tədarükü tam mənada əvəz edə bilmirlər.
Nəticə çıxarmaq üçün burada sual vermək lazımdır: bu maddə yerinə yetirilərsə, onun təsiri necə olacaq? Heç necə! RF ilə yeni müqavilə bağlamayacağınız faktı yalnız sizin alıcılarınız üçün risklərin artmasına gətirəcək, çünki onlarda qaz tədarükü zəmanəti olmayacaq və xərclərin proqnozlaşdırılması çətinləşəcək.
Hər şeydən əlavə, bu hərəkətlər qazın birjadan tədarükü imkanını ləğv etmir. Orada hansı qiymətlərin olduğunu yada salım (martın 4-də Avropada qazın birjadakı qiyməti yeni tarixi rekorda imza atdı – min kubmetrə görə $2515, - Sputnik)? Əgər Rusiya elə nəhəng tədürükçüdürsə, onda yəqin ki, qazı uzunmüddətli müqavilələrlə deyil, birja ilə satsa, onda birja kotirovkalarına birbaşa təsir edə biləcək?
BEA-dan olan cənablar, bu barədə fikirləşmisiniz? Yəqin ki, fikirləşmisiniz. Yəqin ona görə biz ikinci maddəni görürük.
Maddə 2 – alternativ mənbələr axtarışı
- BEA Rusiya qazını alternativ mənbələrdən tədarüklərlə əvəz etməyi təklif edir –onların hesablamalarına görə, Aİ “qeyri-Rusiya” mənbələrindən gələn il 30 milyard kubmetrədək qaz cəlb edə bilər.
- Bu maddə çox qəribədir. O mənada ki, o, əslində əvvəlki maddəni təkrarlayır. Ola bilsin ki, onlar sadəcə maddələrin sayını gözəl rəqəm olan 10-a çatdırmaq istəyiblər və ona görə də birinci maddəni iki dəfə veriblər.
Əgər Aİ ölkələri Rusiya ilə yeni qaz tədarükü müqavilələri imzalamasalar, ortaya sual çıxır: “Qazı haradan alaq?”. BEA-nın cavabı aydındır: “Başqa mənbələrdən götürün”.
Prinsipcə, BEA burada məşhur lətifədəki bayquşu xatırladır. Lətifədə bayquş siçanlara pişiklərə yem olmamaq üçün kirpiyə çevrilməyi məsləhət görür. Siçanlar maraqlanırlar ki, kirpiyə necə çevrilə bilərlər, bayquş da cavab verir ki: “Mən strateqəm, taktik deyiləm”.
Belə görünür ki, BEA-dan olan cənablar da strateqdirlər. Onların bu “planında” Aİ ölkələrinin konkret hansı alternativ mənbələrdən qaz ala biləcəkləri barədə məlumatı görmək də yaxşı olardı.
Gəlin bu maddədə məna olduğunu fərz edək. Sual: Aİ-yə hazırda alternativ mənbələrdən əlavə qaz həcmləri almağa nə mane olur? Mənim fikrimcə, heç nə.
Daha bir sual: əgər BEA güman edirsə ki, əsas problem RF tərəfindən təklifin azlığıdır və Rusiyanın Avropanın qaz bazarına təsirini necəsə məhdudlaşdırmaq lazımdır, onda RF Aİ-dəki STQ-terminallara necə təsir edir?
Başa düşmək üçün: Aİ-də STQ-terminalların ümumi gücü 217 milyard kubmetr qazdır. Nəzəri olaraq, ildə orta hesabla sərbəst güc BEA-nın dediyi RF-dən tədarük edilən minimum 50 milyard kubmetr qazı əvəz etməyə çatmayacaq. Hansı izaholunmaz səbəbdən Aİ indiyədək bu qaz kublarını digər alternativlərdən olan tədarüklərlə əvəz etməyib? Bəlkə başqa qaz mənbələrinin olmaması səbəbindən?
BEA “qeyri-rus qazının” tədarükünün 30 milyard kubmetrədək artıırlması barədə danışır. Onlar bunu haradan hesablayıblar, bu haradan götürülüb? Bu maddə tələb edir ki, BEA Avropa şirkətlərinin haradan qaz götürəcəyini desin. Və Avropa şirkətləri deyəcəklər: “Oy, necə əla oldu, gedək oradan götürək”. Lakin nəyə görəsə getmirlər və götürmürlər. Bəlkə, Avropa şirkətləri BEA-nın bildiyi nəyisə bilmirlər? Hələlik biz onların hansısa sakral biliyi bölüşdüklərini görmürük.
- BEA-nın planına əsasən, belə həcmləri onlar Aİ-nin daxilində qaz hasilatının və digər ölkələrdən, o cümlədən, Azərbaycan və Norveçdən tədarüklərin 10 milyard kubmetrədək artırılması hesabına cəlb etmək olar, həmçinin qeyri-Rusiya STQ-nin idxalının 20 milyard kubmetrədək artırılması sayəsində.
- Bu, üzr istəyirəm, tam cəfəngiyyatdır. BEA bunu özündən çıxarıb, belə məlumatlar yoxdur, onlar bunu özlərindən çıxarıblar. İzah edim: Aİ-də daxili hasilat azalır və bu azalma praktiki olaraq mümkün deyil, çünki mövcud yataqlar tükənir.
Hsilatın artımı mümkündür, lakin o Niderland rəsmilərini çox narahat edən yeraltı təkanların əmələ gəlməsi ilə müşahidə oluna bilər. Lakin əsas bu deyil, Aİ-də hasilat düşəcək, variant yoxdur, Aİ-də bu düşməni kompensasiya edəcək layihələr yoxdur.
BEA-nın Norveç ideyası – onlar bunu haradan götürüblər? Norveç son illərdə ildə 120-125 milyard kubmetr qaz hasilatı diapazonunda “dayanıb”. Onlarda hasilat artmır, çünki yeni həcmlər sadəcə çıxan həcmləri kompensasiya edir. MEA nə düşünür? Bu necə mümkündür, yataqlar sonsuz sayda deyil.
Azərbaycana gəldikdə: respublikadan Avropaya (Türkiyə nəzərə alınmadan) ildə 10 milyard kubmetr gücündə bir boru gedir. Azərbaycanın bu tədarükləri artırmaq imkanları hasilat baxımından çoxlu suallar yaradır. Tədarük baxımından yeni boru tiknək lazımdır. Kim tikəcək? Kim pul verəcək? Hələlik bu layihəyə pul ayırmaq istəyən investorlar görünmür, üstəlik Azərbaycandan qaz tədarükünü artırmağa imkan verən müvafiq layihə də hələ ki yoxdur.
MEA-nın digər ideyası – “qeyri-Rusiya STQ”nin idxalının artırılmasıdır. Onlar bunun üçün Asiya ölkələri ilə rəqabətdə qalib gəlmək istəyirlər. Anlamaq üçün: Asiya sadəcə STQ üçün iri bazar deyil, Asiya-Sakit okean bölgəsi (АSB) istehlakçı olaraq bütün STQ bazarının ¾-nü tutur. Avropa isə bazarın 25%-ni tutmaq istəyir. Sadəcə ona görə ki, Asiya orta hesabla qaza görə Avropadan daha çox pul təklif edir.
Bəli, son günlər ərzində dekabrın sonundakı vəziyyət təkrarlanır, o zaman Avropada qiymətlər Asiyadakı qiymətlərdən xeyli yüksək idi. Bu isə STQ-nin Asiya bazarından Avropa bazarına dönməsinə gətirdi. Lakin problem ondadır ki, yüksək qiymətlərdən başqa Avropanın Asiya qazını cəlb etmək üçün digər yolu yoxdur.
Bu məsələdə ən gülməlisi odur ki, Avropa uzunmüddətli müqavilələrdən ümumiyyətlə imtinanı təklif edir – nəinki Rusiya ilə, hamı ilə. Yəni, heç cür onlar qaz qiymətlərini tənzimləyə bilməyəcəklər. Bundan əlavə, əgər Avropada yüksək qiymətlər Asiyadakı qiymətlərdən yuxarı olursa və Asiyaya qaz tədarükünə təsir etməyə başlayırsa, bu ASB-də də qiymət artımına gətirəcək. Özü də Asiyada bu daha sadəı olacaq, orada qiymət başqa cür formalaşır. Onlarda bazarlrınaa gələn qazın yalnız dörddə biri birjada alınır, qalan hissə neftə bağlı müqavilələrlə gəlir. Söhbət hazırda min kubmetrə görə $400-dan gedir. Yəni, Asiyada bu mənada asan olacaq.
Unutmaq lazım deyil ki, indi biz idarə olunmayan hay-küyü müşahidə edirik. Avropadakı kimi qiymətləri uzunmüddətli perspektivdə olmaz.
Maddə 3 – qazın saxlanması üzrə minimal öhdəliklər
- Növbəti maddədə BEA Avropa şirkətləri üçün yeraltı qaz anbarlarının (YQA) doldurulması üzrə öhdəliklərin tətbiq olunmasını təklif edir. Bəyan edirlər ki, oktyabrın 1-dək Avropa YQA-nın doldurulma səviyyəsi 90%-dən az olmamalıdır, bu il doldurulma 2021-ci ilə nisbətən 18 milyard kubmetr çox olmalıdır.
- BEA bəyan edir ki, bu maddənin həyata keçməsindən gözlənən təsir – qaz sisteminin növbəti qışa dözümlülüyünün yüksəldilməsidir. Bilirsiniz, bu maddə artıq axmaqlığın sərhədlərini aşır, çünki son 13 il ərzində Aİ ümumilikdə enerji bazarlarının və o cümlədən qaz bazarının liberallaşdırılması ilə məşğul olub.
Liberallaşdırma prosesinin nəticələrindən biri qaz bazarında oynayan və yayda qaz alıb qışda satan kiçik şirkətlərin sayının artması oldu. Yəni, onlar qazı nisbətən ucuz qiymətdən alaraq adətən baha olan zaman satırlar.
Burada BEA-ya verilməli sual ortaya çıxır: konkret hansı mexanizm və kimin ünvanına qazın saxlanması üzrə minimal öhdəlikləri tətbiq etməyə məcbur etməlidir? Əgər əslində Aİ ölkələrinin qış dövrünə aşağı qaz ehtiyatları ilə girməsinin günahkarları olan bu kiçik şirkətlərin ünvanına yönələcəksə, onda onların pulları olmayacaq, qazancları itəcək. Onları nə bu qazı saxlamağa məcbur edə bilər?
Özü özlüyündə bu təklif yaxşı və düzgündür, həqiqətən ağıllıdır. Rusiyada, yeri gəlmişkən, məhz belə edirlər: məsul şirkət var – “Qazprom” – o da hər il saxlanma güclərini artırır və YQA-lara daha çox qaz vurur. Məsuliyyət mərkəzi var, müəyyən qanunverici baza var və bu işləyir.
Lakin hansı Avropa şirkətləri belə bir Avropa “Qazprom”unun rolunda çıxış edə bilərlər? Əgər bu hansısa iri enerji şirkətləridirsə, onda söhbət onların yüklənməsindən gedir. Belə halda Aİ bu iri şirkətlərin xərclərini kompensasiya etməli olacaq, çünki Avropa enerji bazarının hazırkı sistemi çərçivəsində onlar əlavə qaz həcmləri saxlamalı deyillər.
Əgər onları bununla məşğul olmağa məcbur etsələr, onlar bu qərardan şikayət verəcəklər, çünki qərar onların maliyyə göstəricilərinə təsir edəcək. Onların məhkəməyə gedib bu işi udmamaqları üçün Aİ onlara pul ayırmalı olacaq. Çünki getsələr udacaqlar.
Son nəticədə onlar son istehlakçıya qiymət təzyiqinin artmasına nail olacaqlar, bu pulları başqa kimdən toplamaq olar?
Təkrar edirəm, bu maddə ideya üzrə yaxşı və düzgündür, lakin Avropa enerji siyasəti kontekstində o mənasızdır, çünki sadəcə əlavə xərclərə gətirəcək, qaz sisteminə heç bir dözümlülük verməyəcək. Bunu enerji sktorunun və anunverici bazanın islahatının keçirilməsi halında ciddi qəbul etmək olardə, onda bu mümkün olardı. Lakin hələ belə bir şey yoxdur və çətin də ola.
Maddə 4 – külək və Günəş generasiyasının yerləşdirilməsini sürətləndirmək
- Həmçinin BEA külək generasiyasının sürətləndirilməsini təklif edir. Onların fikrincə, əlavə 12-26 GVt işə salınması Avrpada il ərzində qaz istehlakını 6 milyard kubmetr azaldacaq.
- Bu lap əladır. İlahi…
Mənim BEA-dan olan bu gözəl insanlara və onların təkliflərinə niyə belə skeptiki yanaşmamı başa düşmək üçün, gəlin bəzi rəqəmləri nəzərdən keçirək, sonra bundan bir nəticə çıxaraq.
Misal üçün Almaniyanı götürək – Avropada ən böyük külək qurğusu parkı olan ölkəni. Təsdiq olunmuş güc – 63,3 GVt. Bu ilin ilk iki ayının nəticələrinə görə Almaniya külək elektrik stansiyaları 36,58 TVt*saat elektrik enerjisi hasil ediblər.
Əgər biz külək elektrik stansiyaları üçün rekord olan 2020-ci ilə baxsaq və yanvar-fevralda nə qədər hasilat olduğunu hesablasaq, məlum olacaq ki, külək elektrik enerjisinin həcmi 36,74 TVt*saat olub. Bu 2022-ci il göstəricisindən bir az çoxdur.
Bu vaxt ərzində külək elektrik stansiyalarının təsdiq olunmuş gücü 5 GVt artıb. Yəni, stansiyaların sayı artıb, lakin onlar külək generasiyası üçün rekord olan 2020-ci ildən daha az elektrik enerjisi hasil etməyə başlayıblar.
Bu nəyi göstərir? Onu göstərir ki, Günəş və külək elektrik stansiyalarının təsdiq olunmuş gücünün artırılması ilə elektrik enerjisi hasilatının həcmi arasında müsbət korrelyasiya yoxdur. Çünki belə görünür ki, BEA-dan başqa dünyada heç kim nə Günəşi, nə də küləyi idarə edə bilmir. “Daha çox külək elektrik stansiyası qurun, onlar qazı əvəz edəcəklər” üslubunda proqnozlar isə niyəsə işləmirlər.
Ən maraqlısı odur ki, son on gün ərzində Almaniyadakı külək elektrik stansiyalarında istehsal kəskin azalıb. Səbəbinə inanmazsınız – klək zəif əsməyə başlayıb! Və qışda hətta ümumi hasil olunmuş elektrik enerjisi həcmində 55%-ə çatan külək generasiyasının payı 10,4%-ə düşüb.
Külək elektrik stansiyalarında istehsal düşəndə buna paralel olaraq qaz elektrik stansiyalarının payı artıb. Martın əvvəllərində bu pay rekord 16,4%-ə çatııb.
Bu bizə bir sadə şeyi başa salır: əgər siz çoxlu külək elektrik stansiyası tiksəniz, külək isə əsməsə, onlardan sizə kömək olmayacaq. Bu, yəqin ki, BEA üçün möhtəşəm kəşfdir.
Yekunlaşdıraq: “daha çox külək və Günəş elektrik stansiyası tikək” şüarı BEA-nın sayıqlamasıdır. Onların bu stansiyalarla nə qədər qaza qənaət edəcəklərini proqnozlaşdırmaq mümkün deyil.
Maddə 5 – aşağı karbohidrogen mənbələrdə elektrik enerjisinin hasilatını artırmaq
- BEA həmçinin mövcud aşağı səviyyəli tullantıları olan mənbələrdən elektrik enerjisi hasilatını makimallaşdırmağı təklif edir. Burada söhbət AES və bioenergetikadan gedir.
- Bu maddənin həyata keçməsindən BEA-nın proqnozlaşdırdığı təsiri – Avropada qaz istehlakının il ərzində 13 milyard kubmetr azalması… Hansı ilin, cari ilin ərzində?
AES-in gözəl xüsusiyyəti var – təsdiq olunmuş gücün yüksək istifadə əmsalı. Bu, o deməkdir ki, onlar daima çoxlu, istehsalın maksimal mümkün həcmlərinə yaxın elektrik enerjisi istehsal edirlər. Bu göstərici onlarda adətən 80%, ümumilikdə 90% rayonunda olur.
Başa düşmək lazımdır ki, BEA-nın planında söhbət 2022-ci ildən gedir. Əgər elədirsə, onda konkret hansı ölkə öz atom elektrik stansiyalarında elektrik enerjisi istehsalını maksimallaşdırmalıdır? Nəzərə alaq ki, Fransa və Belçika öz AES-nin bir hissəsini təmirə saxlayırlar. Belçika 2025-ci ildək ümumiyyətlə öz AES-ni bağlamağa hazırlaşır, Fransada isə stansiyaların bəzilərində qeyri-nüvə problemləri var və bu problemlərə görə həmin stansiyalar təmirə saxlanılıblar.
BEA-dan olan bu gözəl insanlar əlavə atom güclərini haradan tapıblar? Bioenerji məsələsini mən ümumiyyətlə şərh etməkdən imtina edirəm, çünki burada artıq aşkar cəfəngiyyatdan söhbət gedir.
Maddə 6 - istehlakçılara yardım
- BEA elektrik enerjisindən daha çox asılı olan sahələr üçün güzəşt və subsidiyalar paketi təklif edir. Bundan əlavə tədarükçülərin izafi mənfəətinin məhdudlaşdırılmasını da təklif edirlər ki, bu da onların fikrincə, qiymətlər yüksək qalsa belə, istehlakçılara təqdim olunan hesabların məbləğini aşağı salmalıdır
- Doğrudan da, bu, həyata keçirilə biləcək maddələrdən biridir. Amma yenə də bu, Avropa Birliyinin açıq-aydın ondan əl çəkmək istəmədiyi enerji strategiyası ilə ziddiyyət təşkil edir.
Bu tamamilə ağlabatan tədbirdir. O qismən artıq İspaniya, İtaliya və Rumıniya hökumətləri tərəfindən həyata keçirilir ki, bu da həmin ölkələrdə elektrik enerjisi sənayesinə vergi yükünü azaldır. Yəni, bu cür tədbirlər BEA-nın məsləhəti olmadan da tətbiq edilir, lakin bir faydası pımur. Bu, ümumiyyətlə adekvat görünən bir neçə ağlabatan maddələrdən biridir. Düzdür, əgır konteksti nəzərə almasaq.
Maddə 7 - qaz qazanxanalarının istilik nasosları ilə əvəzlənməsi
- BEA-nın planının növbəti maddəsi qazanxanaların istilik nasosları ilə əvəzlənməsinin sürətləndirilməsidir. Söhbət ümumilikdə 15 milyard avro əlavə investisiya qoyuluşu ilə istilik üçün qazdan istifadənin ildə 2 milyard kubmetr azaldılması imkanından gedir.
- Qaz qazanlarının istilik nasosları ilə dəyişdirilməsini sürətləndirin ... Hmmm.
Hansısa anlaşılmaz bir səbəbə görə Almaniyanın son dərəcə şüursuz əhalisi ildən-ilə qazla işləyən istilik sisteminə üstünlük verir, nəinki digər, təzə çıxan üsullara. Bu da həm yerli “yaşılları”, həm də digər dekarbonizasiya tərəfdarlarını məyus edir.
Bilmirəm, qaz qazanlarının istilik nasosu ilə əvəzlənməsini nə vaxt sürətləndirəcəklər, bu qədər istilik nasosunu haradan alacaqlar. İstilik nasoslarının qızdırılan binalara verilən istilik miqdarına eyni səviyyədə nəzarət etməyə imkan vermədiyini başa düşürlərmi... Amma, ümumiyyətlə, əgər istilik təchizatında sabitlik onlar üçün maraq kəsb etmirsə, bunu edə bilərlər. Yəqin ki, bütün bunlar BEA üçün vacib deyil. Əsas olan 2 milyard kubmetrin ixtisar olunduğunu yazmaqdır. Bu, yenə də bir növ sadəlövh axmaqlıq kimi görünür.
Maddə 8 - Sənayedə və yaşayış sektorunda enerji effektivlyinin artırılması
- Daha sonra söhbət sənaye və yaşayış sektorunda enerji effektivliyinin artırılmasından gedir. Məsələn, istilik təsərrüfatının intellektual idarəetmə sistemlərinin (“ağıllı termostatlar”) quraşdırılması, qaz qazanxanalarına hər il texniki baxışın keçirilməsi, kiçik və orta sahibkarlara enerjiyə qənaətdə köməklik göstərilməsi və sair təklif olunur.
- Sənaye və məişət sektorlarında enerji səmərəliliyinin artırılması, il ərzində qaz istehlakının təxminən 2 milyard kubmetr azaldılması – Aman Alhah, nə gözəl! Çox yaxşı, əla. Şərh də etməyəcəyəm. Sadəcə əlimizi yelləyək, getsin. BEA, afərin!Gəlin mən niyə buna bir qədər şübhə ilə yanaşdığımı izah edim. Çünki hətta elektrik və istilik istehsalı sahəsində də Avropa İttifaqının nə qədər qaza ehtiyacı olacağını bilmirik. Bu il orta temperatur göztəriciləriinin də nə qədər olacağını bilmirik.
Bəlkə də yayda hava çox isti və küləksiz olacaq. Əgər belə olarsa, qaz istehlakı dəfələrlə artacaq. Əgər hava isti və küləksiz olmasa, o zaman istehlak bəzi orta göstəricilərə nisbətən artmayacaq.
Məgər bunun hesabına 2 milyarda qənaət etməkdən danışmaq olar? Yaxşı, deyək ki, elədir. Bəs binaların soyudulmasına nə qədər enerji sərf edəcəklər, istilik və başqa hər şeyə nə qədər enerji sərf edəcəklər? Bəs il ərzində 2 milyard kubmetr rəqəmi ortaya çıxaran bütün bu hesablamalar hanı?
Şərh etmək mənasızdır, çünki bu maddədə deyilənlər havadadır - biz sadəcə müəyyən göstəriciləri götürürük və deyiril ki, orta göztəricilər bu cür olacaqsa, o zaman belə olacaq.
Maddə 9 - yaşayış yerlərində temperaturun aşağı salınması
- BEA istilik mövsümündə yaşayış binalarında təmin olunan baza temperaturun aşağı salınmasını təklif edir. İndi, onların məlumatlarına görə, Aİ-də orta temperatur 22 dərəcə selsidir. Əgər bu göstərici 1 dərəcə aşağı salınsa, bu zaman qaz istehlakı ildə təxminən 10 milyard kubmetr azalacaq.
- Yəni onlar deyirlər ki: “Ey istehlakçı, sənin pul ödəyəcəyin azmış kimi, hələ istiliklə təmin olunmağın da pisləşəcək.
Avropada istilik mövsümündə binaların isidilməsinin ümumiyyətlə aşağı səviyyədə olmasını nəzərə alsaq, orta hesabla 22 dərəcə Selsi temperaturu haradan götürdükləri də bəlli deyil. Çünki Bölgələr üzrə göztərici 20 dərəcədən aşağıdır - bu təklif əsl lağlağıya bənzəyir. Mən adi istehlakçı olsaydım, sual verərdim: “BEA, siz ağlınızı itirmisiniz? Siz bunu ciddi şəkildə təklif edirsiniz?"
Amma digər tərəfdən, bu tədbirin həyata keçirilməsindən Agentliyin nəzərdə tutduğu təsir il ərzində qaz istehlakının təxminən 10 milyard kubmetr azalmasıdır.
Yəni, burada məntiq belədir: “Uşaqlar, biz Rusiya ilə nir qədər mübahisə etmək qərarına gəlmişik, ona görə də siz bir az donmalı olacaqsınız. Sizin üçün bu nədir ki?! Biz burada qərar verdik, dalaşırıq, siz isə donursunuz. Axı sizin üçün bu çətin deyil?!"
Yeri gəlmişkən, Ukraynada, bir neçə il əvvəl belə bir cəfəngiyyat var idi - "burmaq" aksiyası.
Ancaq orada bu üç gün idi, burada isə, görünür, bunu daimi əsasda etməyi təklif edirlər.
Mən aşağıdakı həlli təklif edirəm: Avropada binaları ümumiyyətlə qızdırmasaq, sənaye müəssisələri bağlansa, qazla işləyən elektrik stansiyalarında elektrik enerjisi istehsal etməsək, Rusiya Federasiyasından qaz istehlakını tamamilə sıfıra endirmək olar. Bu, təxminən eyni səviyyəli təklifdir. Sual ondadır ki, insanları buna necə vadar etmək olar? Onlara istiliyin bir dərəcə aşağı salınmasını əmr edəcəksiniz?
- BEA-nın açıqlamasında deyilir ki, bir çox Avropa ölkələri vətəndaşları artıq Rusiyanın Ukrayna ərazisində xüsusi əməliyyata başlamasına reaksiya veriblər - ianə vermək, qaçqınlara kömək etmək və sair kimi. İstilik səviyyəsinin tənzimlənməsinin də daha bir belə aksiya olacağı deyilir, əhali arasında maarifləndirmə kampaniyaları aparılmasını təklif edirlər...
- Bəli, Avropa İttifaqının vətəndaşları Ukraynaya çox rəğbət bəsləyirlər, ona görə də müxtəlif yollarla kömək edirlər.... Amma mən hesab edirəm ki, Aİ əhalisini Ukraynaya böyük məhəbbətlə bu cür qurban verməyə məcbur etmək prinsipcə mümkün deyil.
Üstəlik, hesab edirəm ki, 10 milyard kubmetrə istinad bir az şişirdilmişdir - diqqət yetirin, nə yuvarlaq və gözəl rəqəmdir. BEA həqiqətən belə bir qərardan mümkün qənaətləri nəzərdən keçirdiyinə də şübhə edirəm. Çünki onlar özləri də belə bir şeyin mümkün olduğuna inanmırlar.
Çünki onlar hər an bəyan edə bilərlər ki, elan olunan 10 milyard azalma baş tutmayıb, çünki onların məsləhətinə hamı əməl etməyib. Əks halda, hər şey mütləq alınacaqdı!
10-cu maddə - enerji mənbələrinin şaxələndirilməsi və karbonsuzlaşdırılması
- Sonra: BEA enerji mənbələrinin şaxələndirilməsi və karbonsuzlaşdırılması üçün səyləri gücləndirməyi təklif edir. Onlar gələcəkdə qazdan asılılığı azaldacaq innovativ həllərin tətbiqinin zəruriliyindən danışırlar.
- Bu, qismən 1-ci və 2-ci maddələrin, eləcə də 4-cü maddənin təkrarıdır, ona görə də bu məqamın əlavə şərhə ehtiyacı yoxdur.
Nəyi demək istəyirəm: BEA-nın Avropanın Rusiya qazının tədarükündən imtina üçün tutarlı planı yoxdur.
BEA Avropadakı mövcud vəziyyəti qlobal enerji böhranı kontekstində tamamilə qeyri-adekvat qiymətləndirir.
BEA Aİ-nin enerji sektorunda islahatlar çərçivəsində qarşıya qoyulan strateji vəzifələrin xüsusiyyətlərini, habelə bu vəzifələrin həlli mexanizmlərini nəzərə almır. BEA, xüsusilə də kömür istehlakının azaldılması ilə əlaqədar Aİ-də qaz istehlakının planlaşdırılan artımını da nəzərə almır.
Buradan da belə bir nəticə çıxır: BEA mütəxəssislərini hamıya məlum olan üsullarla qovmaq və onların danışdıqları cəfəngiyatlara qulaq asmamaq lazımdır.
Əsas plandan kənarda qalanlar
- BEA-nın planına əsasən, həmçinin, mütləq zərurət yaranarsa, Avropa İttifaqı öz kömürlə işləyən İES-lərini tam işə sala, qazla işləyən İES-lərdə dizel yanacağı və mazutun yandırılmasına keçə bilər. Onların fikrincə, bu, CO2 emissiyalarını artırsa da, böyük həcmdə qazı tez bir zamanda əvəz edə bilər.
Məsələn, Agentliyin hesablamalarına görə, Avropada əlavə 20-25 GVt kömürlə işləyən generasiyanın yüklənməsi qaz istehlakını ildə 22 milyard kubmetr azalda bilər.
- Əla, çox gözəl… Gəlin araşdıraq.
Enerji böhranı zamanı qazın qiymətinin artması ilə əlaqədar olaraq Avropanın elektrik istehsalı qazdan elektrik enerjisi istehsalını kömürdən elektrik enerjisinin alınması sayəsində azaltmağa başladı.
Məsələn, Almaniyada qazla işləyən elektrik stansiyaları 2021-ci ildə 2020-ci ilə nisbətən 6 TVt/saat az enerji istehsal edib. Azalma məhz qazın kömürlə əvəzlənməsi hesabına baş verib.
Sual burada açıq qalır:
Bütün bunlar Avropada kömür istehsalının azaldılması ideyasına necə uyğun gəlir? Yoxsa elə çıxıer ki, kömür artıq o qədər də pis yanacaq deyil?
Tutaq ki, əgər kömür o qədər də pis deyilsə, onda bəlkə BEA kömürün böyük hissəsinin Aİ-yə haradan gətirildiyi ilə maraqlansın? Başa düşürəm ki, qaza böyük diqqət yetirirlər, bu, sadəcə, gözəldir. Amma yenə də təklif edərdim ki, baxsınlar Avropa stansiyaları üçün əsasən hansı ölkədən kömür alınır.
Əslində təxmin etməli bir şey də yoxdur. Avropaya bütün kömür idxalının yarıdan çoxu Rusiyadan gəlir
(2020-ci ildə Rusiya kömürünün Avropadakı payı bütün idxalın 68%-ni təşkil edib, 2021-ci ildə isə tədarük 4,7 milyon ton artıb, - Sputnik)! Təsəvvür edə bilirsinizmi?
Yəni avropalı dostlarımız Rusiya kömürünün köməyi ilə Rusiya qazının istehlakını azaltmağa hazırlaşır! Aman Allah... BEA-dakılar dahi insanlardır, çox yaxşı məsləhətlər verirlər. Ən azından enerji təchizatçıları üçün çox yaxşı şeylər deyirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.