BAKI, 5 mart — Sputnik. Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç Azərbaycandadır.
Sputnik Azərbaycan xəbər verir ki, o, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycana səfər edib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşü keçirilib.
Qeyd edək ki, Prezident İlham Əliyev martın 5-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün Brüsseldə NATO-nun Ukrayna ilə bağlı toplantısına qatılıb. O, toplantıdan dərhal sonra, axşam saatlarında Azərbaycana səfərə gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: