AZƏRBAYCAN XƏBƏRLƏRİ

Külək Göyçayda dəhşətli vəziyyət yaratdı

Göyçayda əsən güclü külək fəsadlara səbəb olub - ağaclar aşıb, avtomobillər əzilib, elektrik kəsilib.
Sputnik
BAKI, 5 mart — Sputnik. Ötən gündən başlayaraq Göyçayda əsən və hazırda davam edən güclü külək nəticəsində fəsadlar meydana gəlib.
Sputnik Azərbaycan-ın bölgə müxbirinini verdiyi məlumata görə, Göyçay şəhərində və kəndlərdə 10-a yaxın iri gövdəli çinar, qovaq ağacları aşıb, yollarda hərəkət edən bir neçə avtomobil əzilib, elektrik naqilləri və dirəkləri qırılıb.
Göyçayda küləyin fəsadları
Nəticədə Göyçay şəhərinə və kəndlərə elektrik enerjisinin verilişi dayanıb. Hazırda küçələrə yıxılmış ağacların kəsilərək götürülməsi, avtomobillərin hərəkətinin təmin edilməsi və əhalinin elektrik enerjisi ilə təmin olunması üçün işlər görülür.
Xatırladaq ki, martın 4-dən 5-nə keçən gecə dəyişən hava şəraiti bir neçə bölgədə fəsadlara yol açıb.
Göyçayda küləyin fəsadları
Mingəçevir şəhərində də təbiət hadisəsi zamanı bir neçə ünvanda ağaclar elektrik naqillərinin üzərinə aşıb, enerji verilişində fasilələrə yaranıb.
Sputnik Azərbaycan xəbər verir ki, əsasən şəhərin "Günəşli" yaşayış massivi, Xaldan istiqamətindən giriş hissəsi və ora bitişik ərazilərə bir neçə saat elektrik enerjisinin ötürülməsi dayandırılıb.
Göyçayda küləyin fəsadları
Gecə saatlarında isə Azərenerji ASC Mingəçevir regional elektrik şəbəkəsi 110 /35/6 KV şəhər yarım stansiyasında güclü yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər çağrılıb.
Qeydə alınan yanğın hadisəsi zamanı Mingəçevirin böyük hissəsində elektrik enerji verilişində fasilələr yaranıb. Şəhər ərazisində işıqforlar, küçə işıqlandırlması, olmadığından hərəkət çətinləşib.
Yarımstansiyada baş verən yanğın 10 mindən çox abonentin işıqsız qalmasına səbəb olub. Küləyin yaratdığı fəsadın aradan qaldırılması üçün gecə saatlarında işlərə başlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Güclü külək və yanğın Mingəçevirdə on mindən artıq adamı işıqsız qoydu