BAKI, 4 mart - Sputnik. ABŞ və Böyük Britaniyanın kəşfiyyat xidmətləri Polşanı silahların tədarükü və yaraqlıların Ukraynaya ötürülməsi üçün “logistika mərkəzinə” çevirib. Bu barədə RİA Novosti Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) məlumatına əsasən xəbər verir.
“NATO ölkələrinin xüsusi xidmət orqanları xarici terrorçu döyüşçüləri Ukraynaya köçürür. Rusiya Xarici Kəşfiyyat Xidmətinə daxil olan məlumatlar göstərir ki, ABŞ və Böyük Britaniyanın kəşfiyyat xidmətləri son həftələrdə Polşa ərazisini faktiki olaraq silahların tədarükü və yaraqlıların, o cümlədən Yaxın Şərqdən köçürülməsi üçün istifadə edilən “logistika mərkəzinə” çevirib", - deyə XKX-nin məlumatında deyilir.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq doqquz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.