RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Neonasistlər canlı qalxan kimi dinc əhalinin arxasında gizlənirlər - Şoyqu

Nazir bildirib ki, onların şəhərlərin yaşayış məntəqələrində ağır hərbi texnikanı necə yerləşdirdiklərinə dair obyektiv sübutlar var.
Sputnik
BAKI, 4 mart - Sputnik. Aralarında əcnəbi muzdluların da olduğu Ukrayna millətçi və neonasist birləşmələri “insan qalxanı” kimi dinc əhalinin arxasında gizlənir və qəddar quldurlar kimi hərəkət edirlər. RİA Novostinin xəbərinə görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu cümə günü BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı deyib.
Daha sonra nazir bildirib ki, onların şəhərlərin yaşayış məntəqələrində ağır hərbi texnikanı (tanklar, RYAS, artilleriya və minaatan) necə yerləşdirdiklərinə dair obyektiv sübutlar var:
"Onlar bu mülki əhalinin təhdidlərinə məhəl qoymadan qəddar quldurlar kimi hərəkət edirlər”.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq doqquz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Putin Almaniya kanslerine Ukraynada keçirilən xüsusi əməliyyatın məqsədlərini izah edib