BAKI, 4 mart — Sputnik. Sabah Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarları iş, 6, 7 və 8 mart tarixlərində isə qeyri-iş günlərinin qrafikinə uyğun hərəkət edəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Xatırladaq ki, Nazirlər Kabineti ötən gün "İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında" qərar verib. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən ilin sentyabrın 24-də qəbul etdiyi qərara uyğun olaraq "Azərbaycan Dəmir Yolları" QSC Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətini tam bərpa edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.