SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanlı tələbələr kilsəyə sığındı

Əvvəlki yerimiz COVID xəstələri üçün ayrılmış xəstəxana idi. Oraya hamilə, uşaqlı qadınları, yaşlıları yerləşdirdilər.
Sputnik
BAKI, 2 mart — Sputnik. Kiyevdən Moldovaya gedən tələbələr hazırda orada kilsədə məskunlaşıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Kiyev Beynəlxalq Universitetinin stomatologiya fakültəsinin ikinci kurs tələbəsi Nuray Həsənzadə məlumat verib.
O deyib ki, artıq iki gündür ki, Moldovaya gəlsələr də hələki onların Azərbaycana təxliyəsi gözlənilmir:

"Bizə deyiblər ki, ilk növbədə yaşlı insanlar və hamilə, uşaqlı ailələr göndəriləcək. Biz də gözləyirik. Hazırda 9 azərbaycanlı tələbə kilsədə qalırıq. Bizi Moldovada yerləşdirdikləri yerdən çıxardıb bura göndərdilər. Əvvəlki yerimiz COVID xəstələri üçün ayrılmış xəstəxana idi. Oraya hamilə, uşaqlı qadınları, yaşlıları yerləşdirdilər".

Xatırladaq ki, Kiyevdə təhsil alan 9 azərbaycanlı tələbə Ukraynada hərbi əməliyyatlardan sonra yeraltı avtomobil dayanacağına sığınmışdı. Günlərlə orada qaldıqdan sonra Ukraynadakı Azərbaycan Konsulluğu onların silahlı əsgərlərin müşayəti ilə Taras Şevçenko adına universitetin yataqxanasına köçürülmüşdü. Hazırda tələbələr Moldovadadır.
Ukraynada nə baş verir
Fevralın 24-ü səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Həmin gündən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb. Bombalanan Ukrayna şəhərləri uğrunda ağır döyüşlər gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Bu gün azərbaycanlılar Kiyevdən qatarla çıxarılacaqlar
Fəxri Konsul Xarkovdan yola salınan azərbaycanlılar haqda məlumat verdi
Nazirdən Ukraynada qalan tələbələrlə bağlı açıqlama