BAKI, 2 mart - Sputnik. Aprel ayında OPEC+ üzvü olan ölkələrin nazirlərinin neft sazişinin parametrləri üzrə görüşündən sonra alyans neft hasilatı kvotasını dəyişməmək barədə razılığa gəlib və onu 400 min barel səviyyəsində saxlayıb.
Bundan əvvəl OPEC+ Nazirlərinin Monitorinq Komitəsinin iclası başa çatıb.
Onun iştirakçıları, gözlənildiyi kimi, alyansa aprel ayında hasilatı gündəlik 400 min barel artırmaq kursuna sadiq qalmağı tövsiyə ediblər. OPEC+ 2020-ci ilin may ayında koronavirus pandemiyasının yaratdığı neft tələbatının azalması səbəbindən gündəlik hasilatı 9,7 milyon barel azaldıb. Daha sonra sazişin şərtlərinə dəfələrlə düzəlişlər edilib və 2021-ci ilin avqustundan etibarən alyans hasilatı hər ay gündəlik 400 min barel artırır. Mart ayına olan məlumata görə, OPEC+ məhdudiyyətləri sutkada 2,56 milyon barel təşkil edir.
Ekspertlər hesab edirlər ki, OPEC+ indiyədək iki əsas səbəbə görə sazişin parametrlərini dəyişməkdən çəkinib.
Birincisi, bir sıra ittifaq ölkələri istehsal gücü çatışmazlığı səbəbindən hasilatı artırmaqla bağlı indiki öhdəliklərinin öhdəsindən belə gələ bilmirlər. İkincisi, eyni anda iki istiqamətdə - İran və Rusiya-Ukraynada geosiyasi qeyri-müəyyənlik şəraitində strategiyanı dəyişmək ehtiyatsızlıq olardı.
Azərbaycan kartelin qərarını dəstəkləyir
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 24-cü iclasında, qlobal neft bazarında sabitliyə və balansa dəstək məqsədilə gündəlik neft hasilatının fevral ayında 400 min barrel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.
Azərbaycan neftinin qiyməti bahalaşıb
"Azeri Light" markalı neftin bir barelinin qiyməti 9,6 dollar artaraq 111,9 dollar təşkil edib.
Dünyada baş verən hadisələr fonunda birjalarda neft qiymətləri bahalaşıb.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 4,88 dollar artaraq 109,85 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 4,85 dollar artaraq 108,26 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti fevralın 25-də (106,22) qeydə alınmışdı.
Sürətli qiymət artımının əsas səbəbi ilk növbədə Ukraynadakı vəziyyətdir. Qərbin Rusiya Federasiyasına qarşı sanksiyalarının iqtisadiyyatın enerji sektoruna təsir etməməsinə baxmayaraq, digər xammal növləri ilə yanaşı karbohidrogen qiymətləri də artmaqda davam edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.