MƏDƏNİYYƏT

"Şuşa ili"nin ilk böyük tədbiri açıqlandı

Prezident İlham Əliyev 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edib və bu sənəddə Şuşada "Vaqif Poeziya günləri"nin, "Xarıbülbül" musiqi festivalının bərpa olunması öz əksini tapıb.
Sputnik
BAKI, 1 mart — Sputnik. "Şuşa ili"nin ilk böyük tədbiri "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı olacaq.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə bildirib.
O qeyd edib ki, tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə may ayında keçiriləcək:
"İyul ayında Şuşada növbəti "Vaqif Poeziya günləri"nin, iyul-avqust aylarında "Muğam" Televiziya Müsabiqəsinin final mərhələsinin və qaliblərin qala-konsertinin keçirilməsi planlaşdırılır. Həmçinin il ərzində "Şuşa – 2022" beynəlxalq incəsənət, "Şuşanın 4 fəsli" ("4 seasons of Shusha") adlı beynəlxalq fotoqrafiya festivallarının və s. keçirilməsi nəzərdə tutulur".
Prezident İlham Əliyev 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edib və bu sənəddə Şuşada "Vaqif Poeziya günləri"nin, "Xarıbülbül" musiqi festivalının bərpa olunması öz əksini tapıb.
Bildirilir ki, 2021-ci il mayın 12-13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xarıbülbül" musiqi festivalı 30 ildən sonra yenidən keçirilib.
Bölmədə "Xarıbülbül" festivalının açılışında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı, Azərbaycanda yaşayan xalqların folklor ansambllarının, habelə müxtəlif illərdə Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərovanın lent yazıları yer alıb.
"Vikipediya"da Azərbaycan dilində olan "Xarıbülbül musiqi festivali" adlı virtual bölmə də əlavə və dəyişikliklər edilərək zənginləşdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
QARABAĞ
Şuşanın 270 illiyi Bülbülün ev muzeyində keçiriləcək