RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya və Ukrayna danışıqları nə vaxt davam etdirəcəklər?

Jarixinin sözlərinə əsasən, tərəflərin kompromis tapa biləcəkləri ehtimalı mövcuddur, lakin o qədər də böyük deyil.
Sputnik
BAKI, 1 mart — Sputnik. Rusiya və Ukrayna danışıqları davam etdirəcəklər, lakin hazırkı vəziyyətdə onlardan tez nəticə gözləmək praktiki olaraq mümkün deyil. Bunu RİA Novosti-yə MDB ölkələri institutunun direktor müavini Vladimir Jarixin deyib.
Bazar ertəsi Belarus ərazisində RF və Ukrayna nümayəndə heyətlərinin danışıqları olub. Rusiya nümayəndə heyətinə Vladimir Medinski rəhbərlk edib.
Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisi bəyan edib ki, "danışıqların əsas mövzusu atəşin dərhal dayandırılması və qoşunların Ukrayna ərazisindən çıxarılmasıdır". Görüşün yekunlarına əsasən Zelenskinin özü bildirib ki, hələlik Ukraynaya lazım olan nəticə yoxdur.
"Şübhəsiz ki, bir görüşə bir çox illər ərzində yığılmış problemləri həll etmək mümkün deyil. Lakin optimistik olan odur ki, tərəflər dalaşaraq edərək hərəsi bir tərəfə ayrılmayıblar, yenidən görüşmək üçün razılaşıblar. Ona görə də fikirləşirəm ki, danışıqlar davam edəcək, lakin hazırkı vəziyyətdə onlardan tez nəticə gözləmək praktiki olaraq mümkün deyil", - Jarixin agentliyə açıqlamasında deyib.
Tərəflər yaxın vaxtlarda danışıqların ikinci raundunun keçirilməsinin mümkünlüyünü müzakirə ediblər. Bu barədə RF Prezidentinin müşaviri Vladimir Medinski məlumat verib. Onun sözlərinə əsasən, 5 saatdan çox davam edən danışıqların gedişində nümayəndə heyətləri ikitərəfli gündəliyin bütün məsələlərini ətraflı nəzərdən keçiriblər və bir neçə "təmas nöqtəsi" tapılıb.
"Kompromis nöqtəsi bu əməliyyatın keçirilməsi ilə vəziyyətin necə olacağıdır. Bu nöqtə üzən nöqtədir. Bu vəziyyət Rusiya üçün nə qədər uğurlu olsa, kompromis nöqtəsi Rusiyanın mövqeyinə o qədər yaxın olacaq. Ona görə də vaxt keçdikcə o həmin nöqtəyə o qədər yaxınlaşa bilər ki, tərəflər ümumi dil tapa bilərlər", - o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Putin Ukraynada hərbi əməliyyatları dayandırmaq üçün şərtlərini açıqlayıb