İQTİSADİYYAT

Rubl manat qarşısında bahalaşıb

Son günlər tədricən ucuzlaşan rubl dünən manat qarşısında kəskin dəyər itirmişdi.
Sputnik
BAKI, 1 mart — Sputnik. Martın 1-də Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 3,82 faiz artaraq 0.0163 manat (1 manat/61,35 rubl) təşkil edib. Başqa sözlə, bu günə 1000 rubl 16,29 manat olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bank bildirib.
2022-ci ilin fevralın 28-də rublun məzənnəsi 0.0157 manat (1 manat/63,69 rubl) olub.
Qeyd edək ki, son günlər tədricən ucuzlaşan rubl fevralın 28-də manat qarşısında kəskin dəyər itirib. Həmin gün 1000 rubl 15,7 manat olub. Fevralın 25-də isə 1000 rubl 22 manat idi. Başqa sözlə, bir gün ərzində rubl manat qarşısında 21 faiz dəyər itirib.
Xatırladaq ki, dünən Moskva birjasında valyuta hərracları zamanı ABŞ dollarının məzənnəsi əvvəlki sessiyanın sonuna nisbətdə 31,55 faiz artaraq 109,18 rubl, avronun məzənnəsi isə 31,18 faiz artaraq 122 rubl təşkil edib. Moskva vaxtı ilə saat 12:14-də rubl kəskin zəifləmədən sonra bərpa olunmağa başlayıb. Belə ki, dolların məzənnəsi 100,4 rubla kimi geriləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Azərbaycan bankları rublla əməliyyatları məhdudlaşdırır?