Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan bankları rublla əməliyyatları məhdudlaşdırır?

© Sputnik / Михаил Воскресенский / Mediabanka keçidКупюры номиналом 200 и 2000 рублей, фото из архива
Купюры номиналом 200 и 2000 рублей, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.02.2022
Abunə olmaq
Əməliyyatların bərpası barədə əlavə məlumat veriləcək.
BAKI, 28 fevral - Sputnik. Səhər yayılan xəbərə rəğmən, Azərbaycan Beynəlxalq Bankı Rusiya rublu ilə bağlı əməliyyatların məhdudlaşdırılmasını təkzib edib.
"RUB əməliyyatlar üzrə məhdudiyyət yoxdur. Elan olunmuş məzənnə ilə əməliyyatlar apara bilərsiniz", - Sputnik Azərbaycan-ın banka təkrar sorğusuna verilən cavabda deyilir.
Bundan başqa, Trend bildirib ki, həmçinin "PASHA Bank" da internet-bankinqdə rublla (nağd və nağdsız) əməliyyatların aparılmasına müvəqqəti məhdudiyyətlər qoyur. Sonradan bu məlumatı bankdan Sputnik Azərbaycan-a da təsdiqləyiblər. Qeyd olunub ki, bu qərar maliyyə bazarında Rusiya valyutasının vəziyyəti ilə bağlıdır.
----------
11:28
Ölkənin ən böyük maliyyə institutlarından biri olan Azərbaycan Beynəlxalq Bankı müvəqqəti olaraq rus rublu ilə internet bankinq əməliyyatlarını məhdudlaşdırıb.
Bu barədə məlumatı bankın özündən Sputnik Azərbaycan-a təsdiq ediblər.
"Maliyyə bazarlarında rus rublu ilə bağlı şəraitlə əlaqədar olaraq Rusiya rublunun alışı və satışı ilə əlaqəli bütün nağd və nağdsız əməliyyatlar İnternet-bank servisində müvəqqəti olaraq məhdudlaşdırılıb. Əməliyyatların bərpası barədə əlavə məlumat veriləcək", - məlumatda deyilir.
Bu gün Rusiya rublunun Azərbaycan manatına məzənnəsi 21,5 faiz azalaraq 0,0157 manat (1 manat/63,69 rubl) təşkil edib. Bu göstərici 2015-ci il dekabrın 18-dən bəri ən aşağı göstəricidir. Rubl Azərbaycanda Rusiya valyutasının ABŞ dollarına nisbətdə ucuzlaşması fonunda ucuzlaşıb. bu gün Tokio birjasında rubl qəfildən 40% düşüb. Dollar və avro isə Forex bazarında tarixi maksimumlaırna çatıb, təxminən 107.68 və 122 rubl olub. 06:44-də dollar 113.5 rubl, avro 127 rubla çatıb, 07:05-də — müvafiq olaraq 107,68 və 122,15 rubl olub.
Bu minvalla, dollar əvvəlki alqı-satqı günü ilə müqayisədə təxminən 28.6 % , avro isə 29.5% bahalaşıb
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0