CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan Türkiyə ilə yeni sənəd imzalayacaq

Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzindən 9 nəfər, Respublika Elmi-Texniki Kitabxanasından 13 nəfər öz xahişi ilə işdən azad olunub.
Sputnik
BAKI, 1 mart — Sputnik. Türkiyə ilə əlaqələrin normativ-hüquqi bazasının genişləndirməsi məqsədilə "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Türkiyə Patent və Əmtəə Nişanları Qurumu (Türkpatent) arasında sənaye mülkiyyətinin qorunması haqqında Anlaşma Memorandumu" üzərində iş başa çatdırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Əqli Mülkiyyət Agentliyinin 2021-ci ildə görülmüş işlər barədə hesabatında öz əksini tapıb.
Bildirilib ki, tərəflərin bu sənədi imzalaması gözlənilir.
Anlaşma Memorandumunun məqsədi tərəflər arasında ikitərəfli əməkdaşlıq üçün ümumi çərçivənin yaradılması, bilik və yaxşı təcrübə nümunələrinin mübadiləsi ilə birlikdə ölkələrin əqli mülkiyyət sistemlərinin idarəçiliyinin inkişaf etdirilməsi və səmərəliliyinin artırılmasıdır.
Tərəflər əqli mülkiyyət sahəsində milli qanunvericilik və təcrübələri haqqında məlumat mübadiləsini aparmaq və bu məqsədlə konkret əməkdaşlıq fəaliyyətlərini inkişaf etdirmək, bir - birinin əqli mülkiyyət hüquqları sahiblərinin hüquqlarının qeydiyyatı və effektiv şəkildə qorunmasını təmin etmək, regional və beynəlxalq səviyyədə sənaye mülkiyyətinin effektiv qorunmasını təmin etmək üçün üçüncü ölkələr və beynəlxalq təşkilatlarla müştərək əməkdaşlıq imkanlarını inkişaf etdirmək, iştirak etdikləri beynəlxalq layihələrdə birgə yanaşmanı formalaşdırmaq, məlumat və təcrübə mübadiləsi aparmaq, bu məqsədlərlə birgə fəaliyyətlər təşkil etmək sahələrində əməkdaşlıq etməyi nəzərdə tuturlar.
Eyni zamanda, 2021-ci ildə Əqli Mülkiyyət Agentliyinin Aparatına 4 nəfər, Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinə 6 nəfər, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə 12 nəfər, Respublika Elmi-Texniki Kitabxanasına 4 nəfər işə qəbul edilib.
Həmçinin Agentliyin Aparatından 6 nəfər, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzindən 1 nəfər, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzindən 9 nəfər, Respublika Elmi-Texniki Kitabxanasından 13 nəfər öz xahişi ilə işdən azad olunub.
Hesabat ilinin sonuna Agentliyin Aparatı və tabeliyində olan qurumlar üzrə işçilərin cəmi sayı 261 nəfər, o cümlədən Agentliyin Aparatında 66 nəfər, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində 33 nəfər, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində 66 nəfər, Respublika Elmi-Texniki Kitabxanasında isə 96 nəfər olub. Hesabat dövründə 8 nəfərə müvafiq ixtisas dərəcələri verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
ELM
Azərbaycanda erməni miflərini dağıdan kitab nəşr olunub